Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm
İlham Heydər oğlu.
Azərbaycan ilə Gürcüstan arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq Ulu Öndərimizdən gələn siyasi-iqtisadi və mədəni əlaqələrimizin davamı kimi, Sizin yürütdüyünüz qardaşlıq və dostluq, yaxın qonşuluq siyasəti sayəsində soydaşlarımızın bugünkü həyatında mühüm dəyişikliklərə səbəb olmuşdur. Əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə qazandığı uğurlar sayəsində Qafqazın ən nüfuzlu lider dövlətinə çevrilib. İki qonşu dövlət arasında reallaşdırılmış böyük layihələr, geriyə dönüşü olmayan razılaşmalar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə Sizin qətiyyətinizə söykənərək, dostluq münasibətlərinin durmadan möhkəmlənməsinin etibarlı əsası olacaqdır.
Hörmətli cənab Prezident, Sizi Gürcüstanda yaşayan soydaşlarımız adından doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırıram. Həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də Sizə və ailənizə möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin çin olmasını arzulayıram. İnanırıq ki, yaxın zamanda Siz Azərbaycanımızın ərazi bütövlüyünü bərqərar edəcək, xalqımıza əbədi sülh, əmin-amanlıq və daha yüksək firavanlıq gətirəcəksiniz.
Hörmətlə,
Azər Süleymanov
Gürcüstan parlamentinin deputatı
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 3.