Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə 583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə 734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə 425, ¹ 12 (I kitab), maddə 671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə 1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6, maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr 588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə 652, ¹ 9, maddə 841, ¹ 12, maddə 1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə 1278, ¹ 12, maddələr 1483, 1486, 1495; 2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə 770, ¹ 8, maddə 957, ¹ 10, maddə 1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə 1433; 2016, ¹ 2 (I kitab), maddə 207, ¹ 3, maddələr 396, 402, ¹ 5, maddə 848, ¹ 6, maddələr 973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr 1752, 1792, 1793, ¹ 12, maddələr 2001, 2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr 695, 723, 737, ¹ 6, maddə 1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə 1509, ¹ 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149, ¹ 5, maddə 863, ¹ 6, maddə 1193, ¹ 7 (I kitab), maddələr 1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr 2186, 2210, ¹ 12 (I kitab), maddələr 2498, 2509; 2019, ¹ 1, maddə 30, ¹ 4, maddə 590; ¹ 5, maddələr 796, 801, 804, 812, 814; ¹ 8, maddələr 1364, 1373, 1378) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.4-cü maddəyə "haqqı” sözündən sonra ", icbari tibbi sığorta haqqı” sözləri əlavə edilsin;

1.2. 2-ci maddə üzrə:

1.2.1. 2.4-1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır.”;

1.2.2. 2.8-ci maddəyə "layihələri” sözündən sonra "və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin qiymətləndirilməsi” sözləri əlavə edilsin;

1.3. 3.6-cı maddənin üçüncü abzası ləğv edilsin;

1.4. 11-ci maddəyə "şəklində” sözündən sonra ", bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa,” sözləri əlavə edilsin;

1.5. 13.2-ci maddə üzrə:

1.5.1. 13.2.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

"13.2.10. Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.”;

1.5.2. 13.2.12-ci maddənin birinci abzasına aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

 

"Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.”;

1.5.3. 13.2.49-2-ci maddədə "vergi açıqlaması” sözləri "açıqlama” sözü ilə əvəz edilsin və həmin maddəyə "öhdəliyinin” sözündən sonra ", habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin” sözləri əlavə edilsin;

1.5.4. 13.2.50-ci maddə ləğv edilsin;

1.5.5. 13.2.62-ci maddədən "və ya elektron vergi hesab-fakturası” sözləri çıxarılsın;

1.5.6. 13.2.63-cü maddədən "və ya elektron vergi hesab-faktura” sözləri çıxarılsın;

1.5.7. 13.2.80-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.81 - 13.2.83-cü maddələr əlavə edilsin:

"13.2.81. əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar;

13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

13.2.83. transmilli şirkətlər qrupu - müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox müəssisənin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin daxil olduğu şirkətlər qrupu. Transmilli şirkətlər qrupuna daxil olan müəssisə dedikdə həmin müəssisə, həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləri nəzərdə tutulur.”;

1.6. aşağıdakı məzmunda 15.1.15-3-cü maddə əlavə edilsin:

"15.1.15-3. hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək;”;

1.7. 16.1.7-1-ci, 24.0.6-1-ci, 50.1.10-cu, 58.12-ci, 221.8.5-ci (hər iki halda), 221.8.6-cı (hər iki halda), 221.8.7-ci (hər iki halda) və 221.8.10-cu maddələrdə ismin müvafiq hallarında "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” sözləri ismin müvafiq hallarında "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” sözləri ilə əvəz edilsin;

1.8. 16-cı maddə üzrə:

1.8.1. 16.1-ci maddə üzrə:

1.8.1.1. aşağıdakı məzmunda 16.1.7-2-ci maddə əlavə edilsin:

"16.1.7-2. vergi orqanında uçotda olan sifarişçi tərəfindən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada fəaliyyət göstərən şəxslərin həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini təmin etmək;”;

1.8.1.2. 16.1.11-6-cı maddə (16.1.11-6.1 - 16.1.11-6.3-cü maddələr istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:

"16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək:”;

1.8.1.3. 16.1.11-7-ci maddədən "və ya elektron vergi hesab-faktura” sözləri çıxarılsın;

1.8.1.4. aşağıdakı məzmunda 16.1.11-10-cu maddə əlavə edilsin:

"16.1.11-10. vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək;”;

 

1.8.2. aşağıdakı məzmunda 16.8-ci və 16.9-cu maddələr əlavə edilsin:

"16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir:

16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış;

16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər.

16.9. Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı vergi orqanına təqdim edir. Bu maddə ilə müəyyən edilmiş hesabatın verilməsini şərtləndirən məbləğ həddi transmilli şirkətlər qrupunun maliyyə hesabatları əsasında müəyyən edilir.”;

1.9. aşağıdakı məzmunda 22-1.4-cü maddə əlavə edilsin:

"22-1.4. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 15-21-ci maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;

1.10. aşağıdakı məzmunda 24.0.4-1-ci maddə əlavə edilsin:

"24.0.4-1. vergi ödəyicisinin müraciəti əsasında hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, faizlərə, maliyyə sanksiyalarına və inzibati cərimələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada üzləşmə aktını "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə təqdim etməyə;”;

1.11. 30.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.2.7 - 30.2.9-cu maddələr əlavə edilsin:

"30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;

30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında;

30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında.”;

1.12. 32.4-cü maddəyə "yoxlamaqla,” sözündən sonra "əlaqəli məlumatları təhlil etməklə,” sözləri və "keçirməklə” sözündən sonra ", yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla” sözləri əlavə edilsin;

1.13. 33-cü maddə üzrə:

1.13.1. 33.7-ci maddə (33.7.1 - 33.7.9-cu maddələr istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:

"33.7. Bu Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergi ödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.”;

1.13.2. 33.7.1 - 33.7.9-cu maddələr aşağıdakı redaksiyada verilsin:

"33.7.1. Aşağıdakı vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınırlar:

 

33.7.1.1. təbii inhisar subyektləri;

33.7.1.2. xüsusi vergi rejimli müəssisələr;

33.7.1.3. aşağıdakı tələblərdən birinə cavab verən vergi ödəyiciləri:

33.7.1.3.1. işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan;

33.7.1.3.2. balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan.

33.7.2. Bu Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergi ödəyicilərinə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

33.7.3. Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş qaydada uçota alınırlar.

33.7.4. Mərkəzləşdirilmiş qaydada uçota alınmış bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotu bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

33.7.5. Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra 15 gün müddətində mərkəzləşdirilmiş qaydada uçota alınmaq üçün müvafiq vergi orqanına müraciət etməyə borcludurlar.

33.7.6. Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması onların mərkəzləşdirilmiş qaydada uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən 15 gün müddətində həyata keçirilməlidir.

33.7.7. Bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il may ayının 15-dək qərar qəbul edilir.

33.7.8. Bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə aid edilən müəssisələrin mərkəzləşdirilmiş qaydada uçota alınması onların mərkəzləşdirilmiş qaydada uçota alınması barədə qərar qəbul edildiyi vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir.

33.7.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hər il iyun ayının 15-dək olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınmış və ya mərkəzləşdirilmiş uçotdan çıxarılmış bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış forma üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.”;

1.14. 36.3-cü maddədə "Səyyar” sözü "Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar” sözləri ilə əvəz edilsin;

1.15. 37.3-cü maddədə "edə bilər” sözləri "edir” sözü ilə əvəz edilsin;

1.16. aşağıdakı məzmunda 38.3.8-1-ci maddə əlavə edilsin:

"38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda;”;

1.17. 41-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 41. Baxış protokolu

41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.

41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.”;

1.18. 50-ci maddə üzrə:

1.18.1. 50.1-ci maddə üzrə:

1.18.1.1. 50.1.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

"50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi.”;

1.18.1.2. 50.1.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.1.14-cü maddə əlavə edilsin:

"50.1.14. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi.”;

1.18.2. 50.2.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.2.5-ci maddə əlavə edilsin:

"50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.”;

1.18.3. 50.8.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.8.10 - 50.8.16-cı maddələr əlavə edilsin:

"50.8.10. ödənilmiş məbləğ;

50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);

50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);

50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);

50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);

50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;

50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.”;

1.19. 53.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulan hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.”;

1.20. 56.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.”;

1.21. aşağıdakı məzmunda 57.1-2-ci maddə əlavə edilsin:

"57.1-2. Bu Məcəllənin 16.9-cu maddəsində göstərilən hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;

1.22. 58-ci maddə üzrə:

 

1.22.1. 58.5-ci maddə ləğv edilsin;

1.22.2. 58.7-ci maddədə birinci halda "nağd” sözü "vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə)” sözləri ilə əvəz edilsin və həmin maddəyə "aparılmasına,” sözündən sonra "POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya” sözləri əlavə edilsin;

1.22.3. 58.8-ci maddə üzrə:

1.22.3.1. 58.8-ci maddə (58.8.1 - 58.8.3-cü maddələr istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:

"58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda:”;

1.22.3.2. 58.8.2-ci maddədə "sənədlərdən ən azı biri” sözləri "sənədlər” sözü ilə əvəz edilsin, həmin maddədən "alınmış” sözü çıxarılsın, həmin maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir;”;

1.22.4. 58.10-cu maddədə "görə işəgötürənə” sözlərindən sonra ", habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə” sözləri əlavə edilsin;

1.22.5. 58.13-cü maddədə "və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə” sözləri "təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə” sözləri ilə əvəz edilsin;

1.23. 65.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.”;

1.24. 67-ci maddə üzrə:

1.24.1. 67.13-cü maddə üzrə:

1.24.1.1. birinci abzasda "qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir” sözləri "qiymətləndirilir” sözü ilə əvəz edilsin;

1.24.1.2. ikinci abzasda "elektron vergi hesab-fakturasında” sözləri "elektron qaimə-fakturada” sözləri ilə əvəz edilsin;

1.24.2. aşağıdakı məzmunda 67.16-cı maddə əlavə edilsin:

"67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır:

 

67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə;

67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə.”;

1.25. 71-1-ci maddə üzrə:

1.25.1. 71-1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir:

71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt;

71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;

71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində;

71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində.”;

1.25.2. aşağıdakı məzmunda 71-1.3-71-1.5-ci maddələr əlavə edilsin:

"71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

71-1.4. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir:

71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;

71-1.5.2. malların qaytarılması barədə;

71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;

71-1.5.4. malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;

71-1.5.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;

71-1.5.6. agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;

71-1.5.7. malların emala verilməsi barədə;

71-1.5.8. emal prosesi keçmiş malların qaytarılması barədə;

71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən.”;

1.26. aşağıdakı məzmunda 71-2-ci maddə əlavə edilsin:

"Maddə 71-2. Malların alış aktı

71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.”;

 

1.27. 72-ci maddə üzrə:

1.27.1. 72.5-1-ci maddədə "vergi açıqlaması” sözləri "açıqlama” sözü ilə əvəz edilsin;

1.27.2. 72.5-2-ci maddədə "vergi açıqlaması” sözləri "açıqlama” sözü ilə, "büdcəyə” sözü ", məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” sözləri ilə əvəz edilsin;

1.28. aşağıdakı məzmunda 76.1-1-ci maddə əlavə edilsin:

"76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.”;

1.29. aşağıdakı məzmunda 77.5 - 77.7-ci maddələr əlavə edilsin:

"77.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

77.6. Bu Məcəllənin 77.5-ci maddəsi 2019-cu il yanvarın 1-dək istismar edilən nəzarət-kassa aparatını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edən vergi ödəyicilərinə şamil edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən həddən artıq olan məbləğ vergi ödəyicisi tərəfindən ödənilir.

77.7. Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

77.7.1. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;

77.7.2. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;

77.7.3. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.”;

1.30. 78.4-cü maddəyə "yerinə yetirilməsi” sözlərindən sonra "əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla,” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir.”;

1.31. 83-cü maddə üzrə:

1.31.1. 83.3-cü maddədən "hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində” sözləri çıxarılsın;

1.31.2. 83.7-ci maddəyə "zəruridirsə,” sözündən sonra "habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə,” sözləri əlavə edilsin;

1.32. 85-ci maddə üzrə:

 

1.32.1. 85.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

"Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.”;

1.32.2. 85.5-1-ci maddədə "məcburi dövlət sosial sığorta haqqına” sözlərindən sonra ", işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına” sözləri əlavə edilsin;

1.32.3. 85.8-ci maddədə "qaldırılıbsa” sözündən sonra "və ya vergi ödəyicisi riskli vergi ödəyicisidirsə” sözləri əlavə edilsin;

1.33. 87-ci maddə üzrə:

1.33.1. 87.1-ci maddədə "Vergilərin,” sözü "Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin,” sözləri ilə əvəz edilsin;

1.33.2. aşağıdakı məzmunda 87.3-1-ci maddə əlavə edilsin:

"87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.”;

1.33.3. aşağıdakı məzmunda 87.5-ci maddə əlavə edilsin:

"87.5. Bu maddənin digər müddəalarından və bu Məcəllənin 179-cu maddəsindən asılı olmayaraq, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.”;

1.34. 88-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"88.1. Vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir:

88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;

88.1.2. hesablanmış faizlərin məbləği;

88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:

88.2.1. cari rüb üzrə borc;

88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;

88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;

88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

88.3. Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 - 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.”;

1.35. 89.3-cü maddənin ikinci abzasına "olduqda,” sözündən sonra "habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda” sözləri əlavə edilsin;

1.36. 93.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 93.1.3-cü maddə əlavə edilsin:

 

"93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.”;

1.37. 102.1-ci maddə üzrə:

1.37.1. 102.1.21-ci maddədə "7” rəqəmi "10” rəqəmləri ilə əvəz edilsin;

1.37.2. 102.1.34-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.35-ci maddə əlavə edilsin:

"102.1.35. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi.”;

1.38. 106.1-ci maddə üzrə:

1.38.1. 106.1.13-cü maddədə "7” rəqəmi "10” rəqəmləri ilə əvəz edilsin;

1.38.2. 106.1.26-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.27-ci və 106.1.28-ci maddələr əlavə edilsin:

"106.1.27. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi;

106.1.28. Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 6 il müddətinə.”;

1.39. 108-ci maddənin mətninə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

"Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.”;

1.40. aşağıdakı məzmunda 109.9-cu maddə əlavə edilsin:

"109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.”;

1.41. 114.3.1-ci maddəyə "binalar” sözündən əvvəl "torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər,” sözləri əlavə edilsin;

1.42. 115.2-ci maddənin ikinci abzasına "xərclər” sözündən sonra "(torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq bu Məcəllənin 114.3.1-ci maddəsinə uyğun olaraq amortizasiya olunur.”;

1.43. 125-ci maddə üzrə:

1.43.1. 125.1.7-ci maddəyə "royalti” sözündən sonra "(bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.43.2. aşağıdakı məzmunda 125.5-ci maddə əlavə edilsin:

"125.5. Mülki aviasiya fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən bu fəaliyyətin məqsədləri üçün Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərdən icarəyə və ya lizinqə (maliyyə lizinqi istisna olmaqla) götürülmüş hava gəmisinə və hava gəmisinin mühərrikinə görə aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur və həmin gəlir vergiyə cəlb edilmir.”;

1.44. aşağıdakı məzmunda 130.6-cı maddə əlavə edilsin:

"130.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.”;

1.45. 138.4-cü maddə ləğv edilsin;

1.46. 149.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.”;

1.47. 150-ci maddə üzrə:

1.47.1. 150.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"150.1.9. torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius;”;

1.47.2. 150.3.3-cü maddə üzrə:

1.47.2.1. 150.3.3.2-ci maddədə "ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq;” sözləri "vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.” sözləri ilə əvəz edilsin;

1.47.2.2. 150.3.3.3-cü maddə ləğv edilsin;

1.48. 153-cü maddədə "vergi hesab-fakturalara” sözləri "qaimə-fakturalara” sözləri ilə əvəz edilsin;

1.49. 154.6-cı maddədən "sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən” sözləri çıxarılsın;

1.50. 158.1-ci maddənin birinci abzasında "və ya 218.1.3-cü maddələrində” sözləri "maddəsində” sözü ilə əvəz edilsin;

1.51. 163-cü maddə üzrə:

1.51.1. 163.1.4-cü maddədə "elektron vergi hesab-faktura” sözləri "elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin;

1.51.2. 163.2.1-ci maddədə "elektron vergi hesab-fakturanı” sözləri "elektron qaimə-fakturanı” sözləri ilə və "elektron vergi hesab-fakturada” sözləri "elektron qaimə-fakturada” sözləri ilə əvəz edilsin;

1.52. 164-cü maddə üzrə:

1.52.1. 164.1-ci maddə üzrə:

1.52.1.1. 164.1.8-ci maddəyə "müəssisələri” sözündən sonra ", habelə peşə təhsili müəssisələri” sözləri əlavə edilsin;

1.52.1.2. 164.1.16-cı maddədə "7” rəqəmi "10” rəqəmləri ilə əvəz edilsin;

1.52.1.3. 164.1.37-ci maddə aşağıdakı redaksiyada verilsin:

"164.1.37. heyvan və quş ətinin satışı - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;”;

1.52.1.4. 164.1.43-cü (ikinci halda) və 164.1.44-cü maddələr müvafiq olaraq 164.1.44-cü və 164.1.45-ci maddələr hesab edilsin, 164.1.45-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.46-164.1.51-ci maddələr əlavə edilsin:

"164.1.46. heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;

 

164.1.47. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr;

164.1.48. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi - 2020-ci il yanvarın 1-dən 1 il müddətinə;

164.1.49. Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi - 2018-ci il yanvarın 1-dən 6 il müddətinə;

164.1.50. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərin mülki aviasiya fəaliyyəti çərçivəsində hava gəmilərinin və hava gəmilərinin mühərriklərinin rezident hüquqi şəxslərə icarəyə və ya lizinqə verilməsi;

164.1.51. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi - 2020-ci il yanvarın 1-dən 1 il müddətinə.”;

1.52.2. 164-cü maddəyə aşağıdakı məzmunda "Qeyd” hissəsi əlavə edilsin:

"Qeyd: Bu Məcəllənin 164.1.37-ci maddəsinin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.”;

1.53. aşağıdakı məzmunda 165.6-cı maddə əlavə edilsin:

"165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.”;

1.54. 166-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:

166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;

166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt;

166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə - iddia müddətinin bitdiyi vaxt;

166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə - aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt;

166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt;

166.1.6. tələb hüququ güzəşt edildikdə - güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.

166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

166.4. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:

166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) - borcun verildiyi vaxt;

166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) - malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.

166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.”;

1.55. 169-cu maddə üzrə:

1.55.1. 169.3-cü maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.”;

1.55.2. 169.4-cü maddədə "vergi hesab-fakturadır” sözləri "qaimə-fakturadır” sözləri ilə əvəz edilsin;

1.55.3. 169.7-ci maddə ləğv edilsin;

1.56. 172-ci maddə üzrə:

1.56.1. 172.4-cü maddə üzrə:

1.56.1.1. 172.4.1-ci maddənin üçüncü abzasında "vergi hesab-fakturası” sözləri "qaimə-faktura” sözləri ilə əvəz edilsin;

1.56.1.2. 172.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"172.4.2. Digər şəxs (vəkalət verən) üçün vergi tutulan əməliyyatların vaxtı bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxtdır. Digər şəxs (vəkalət verən) tərəfindən malların agentə təhvil verilməsi bu məqsəd üçün nəzərdə tutulan elektron qaimə-faktura ilə rəsmiləşdirilir.”;

1.56.1.3. 172.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"172.4.3. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, digər şəxsə (vəkalət verənə) göstərdiyi xidmətlərə görə elektron qaimə-faktura verir. Elektron qaimə-faktura ƏDV ödəyicisi olan digər şəxs (vəkalət verən) tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olduğu halda digər şəxsdən (vəkalət verəndən) qəbul etdiyi mallar (işlər, xidmətlər) üçün həmin malların (işlərin, xidmətlərin) alıcılarına bu Məcəllənin 71-1.5.5-ci maddəsində nəzərdə tutulan elektron qaimə-faktura verir. Həmin elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadıqda, alıcı tərəfindən alınmış malların (işlərin, xidmətlərin) dəyəri digər şəxsin (vəkalət verənin) hesabına nağdsız qaydada, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildiyi halda agent tərəfindən həmin malların (işlərin, xidmətlərin) alıcısına verilmiş elektron qaimə-faktura ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Bu zaman malların (işlərin, xidmətlərin) alıcısı agentdən aldığı elektron qaimə-faktura əsasında digər şəxsə (vəkalət verənə) malların (işlərin, xidmətlərin) dəyərini nağdsız qaydada, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ödəməklə ödənilmiş ƏDV məbləğini əvəzləşdirir.”;

1.56.1.4. 172.4.4-cü maddədə "bu xidmətlərin faktiki göstərildiyi vaxt” sözləri "bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxt” sözləri ilə əvəz edilsin;

1.56.2. 172.5-ci maddə üzrə:

1.56.2.1. 172.5.5-ci maddədə "vergi hesab-fakturası” sözləri "qaimə-faktura” sözləri ilə əvəz edilsin;

1.56.2.2. 172.5.6-cı maddə ləğv edilsin;

1.56.2.3. 172.5.7-ci maddənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

"Komisyonçu üçün vergi tutulan əməliyyatın vaxtı bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxt sayılır.”;

1.56.2.4. 172.5.8-ci maddədə "elektron vergi hesab-fakturalarının” sözləri "elektron qaimə-fakturaların” sözləri ilə əvəz edilsin;

1.57. 175-ci maddə üzrə:

1.57.1. 175.1-ci maddə üzrə:

1.57.1.1. 175.1-ci (175.1.1 - 175.1.3-cü maddələr istisna olmaqla) maddə aşağıdakı redaksiyada verilsin:

"175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:”;

1.57.1.2. 175.1.1-ci maddədə "bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq” sözləri "alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt” sözləri ilə əvəz edilsin;

1.57.1.3. 175.1.3-cü maddədə hər iki halda "vergi hesab-fakturası” sözləri "qaimə-faktura” sözləri ilə əvəz edilsin;

1.57.2. 175.2-ci maddədə birinci halda "üçün” sözündən sonra ", o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün” sözləri əlavə edilsin və həmin maddədə "vergi hesab-fakturaları” sözləri "qaimə-fakturaları” sözləri ilə əvəz edilsin;

1.57.3. 175.8-ci maddədə "vergi hesab-fakturaları” sözləri "qaimə-fakturaları” sözləri ilə əvəz edilsin;

1.57.4. aşağıdakı məzmunda 175.9 - 175.11-ci maddələr əlavə edilsin:

"175.9. Qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

175.10. Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.”;

1.58. 176-cı maddə ləğv edilsin;

1.59. 177.5-ci maddədə "ƏDV üzrə elektron vergi hesab-fakturaları” sözləri "bu maddənin məqsədləri üçün nəzərdə tutulan elektron qaimə-fakturaları” sözləri ilə əvəz edilsin;

1.60. aşağıdakı məzmunda 179.4-cü maddə əlavə edilsin:

"179.4. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.”;

 

1.61. 181.1-ci maddədə "vergi hesab-fakturaları” sözləri "qaimə-fakturaları” sözləri ilə əvəz edilsin;

1.62. 189.2-ci maddədə "vergi hesab-faktura” sözləri "qaimə-faktura” sözləri ilə əvəz edilsin;

1.63. 190-cı maddə üzrə:

1.63.1. 190.1-ci maddənin doqquzuncu abzasından "(alkoqolsuz və ya alkoqollu)” sözləri çıxarılsın;

1.63.2. 190.3-cü maddə üzrə:

1.63.2.1. 190.3-cü maddədən "(alkoqollu və alkoqolsuz)” sözləri çıxarılsın;

1.63.2.2. 190.3.1-ci maddədə "2,0” rəqəmləri "3,2” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.3. 190.3.2-ci maddədə "2,0” rəqəmləri "3,2” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.4. 190.3.3-cü maddədə "6,0” rəqəmləri "3,2” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.5. 190.3.4-cü maddədə "2,5” rəqəmləri "2,6” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.6. 190.3.5-ci maddədə "0,1” rəqəmləri "0,2” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.7. 190.3.6-cı maddədə "0,2” rəqəmləri "0,4” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.8. 190.3.7-ci maddədə "20,0” rəqəmləri "31,0” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.9. 190.3.8-ci maddədə "20” rəqəmləri "31,0” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.10. 190.3.9-cu maddə ləğv edilsin;

1.63.2.11. 190.3.10-cu maddədən "alkoqolsuz” sözü çıxarılsın və həmin maddədə "3,0” rəqəmləri "3,1” rəqəmləri ilə əvəz edilsin;

1.63.2.12. 190.3.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 190.3.13-cü maddə əlavə edilsin:

"190.3.13. bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) - hər litrinə 0,4 manat.”;

1.64. 190.3-1-ci maddədə "190.3.1-ci - 190.3.10-cu və 190.3.12-ci” sözləri "190.3.1-ci - 190.3.8-ci, 190.3.10-cu, 190.3.12-ci və 190.3.13-cü” sözləri ilə əvəz edilsin;

1.65. aşağıdakı məzmunda 191.5-ci maddə əlavə edilsin:

"191.5. Bu Məcəllə ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir.”;

1.66. 194-cü maddə üzrə:

1.66.1. 194.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və həmin markaların hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

1.66.2. 194.2-ci maddə üzrə:

1.66.2.1. 194.2.3-cü maddədən ", elektron vergi hesab-fakturasına” sözləri çıxarılsın;

1.66.2.2. 194.2.8-ci maddədən ", elektron vergi hesab-faktura” sözləri çıxarılsın;

1.67. 195-ci maddə üzrə:

1.67.1. maddənin adında "vergi hesab-fakturaları” sözləri "qaimə-fakturaları” sözləri ilə əvəz edilsin;

1.67.2. 195.1-ci maddədə "vergi hesab-fakturası” sözləri "qaimə-faktura” sözləri ilə əvəz edilsin;

1.67.3. 195.2-ci maddədə "vergi hesab-fakturası” sözləri "qaimə-faktura” sözləri ilə əvəz edilsin və həmin maddədən "və bu Məcəllənin 176.2-ci maddəsində nəzərdə tutulmuş rekvizitləri özündə əks etdirən” sözləri çıxarılsın;

1.67.4. 195.3-cü maddədə "vergi hesab-fakturası” sözləri "qaimə-faktura” sözləri ilə əvəz edilsin və həmin maddədən ", müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları” sözləri çıxarılsın;

 

1.68. 199-cu maddə üzrə:

1.68.1. 199.7-ci maddədə "7” rəqəmi "10” rəqəmləri ilə əvəz edilsin;

1.68.2. 199.14-cü maddəyə "azaddırlar” sözündən sonra "(mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.68.3. 199.16-cı maddə aşağıdakı redaksiyada verilsin:

"199.16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə 2019-cu il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.”;

1.69. 201.5-ci maddənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.”;

1.70. 207-ci maddə üzrə:

1.70.1. 207.3-cü maddədə "7” rəqəmi "10” rəqəmləri ilə əvəz edilsin;

1.70.2. 207.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"207.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı torpağa görə 2019-cu il yanvarın 1-dən torpaq vergisini ödəməkdən azaddır.”;

1.71. 218-ci maddə üzrə:

1.71.1. 218.1.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin, 218.1.3-cü və 218.3-cü maddələr ləğv edilsin;

1.71.2. 218.4-cü maddə üzrə:

1.71.2.1. 218.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;”;

1.71.2.2. 218.4.5-ci maddədən "(bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla)” sözləri çıxarılsın;

1.71.3. 218.5-ci maddə üzrə:

1.71.3.1. 218.5.6-cı maddədən ", 218.1.3-cü” sözləri çıxarılsın;

1.71.3.2. 218.5.13-cü maddədən "bina tikintisi fəaliyyəti ilə məşğul olan və” sözləri çıxarılsın;

1.71.4. aşağıdakı məzmunda 218.6-cı maddə əlavə edilsin:

"218.6. Aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır:

218.6.1. bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda;

218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.”;

1.72. aşağıdakı məzmunda 218-1-ci maddə əlavə edilsin:

"Maddə 218-1. Azadolmalar və güzəştlər

218-1.1. Vergidən azaddır:

218-1.1.1. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

218-1.1.2. qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;

218-1.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi;

218-1.1.4. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər;

218-1.1.5. mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları:

218-1.1.5.1. fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

218-1.1.5.2. bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallar;

218-1.1.5.3. fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi.

218-1.2. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.”;

1.73. 219.3-cü və 219.7 - 219.11-ci maddələr ləğv edilsin;

1.74. 220-ci maddə üzrə:

1.74.1. 220.8-ci maddənin birinci abzasında "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu” sözləri "Bu” sözü ilə əvəz edilsin;

1.74.2. 220.8.1-ci maddənin cədvəl hissəsində "Bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi), habelə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə əmsal” sözləri "Yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsal” sözləri ilə əvəz edilsin;

1.74.3. 220.8-1-ci maddədə "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu” sözləri "Bu” sözü ilə əvəz edilsin;

1.74.4. 220.10-cu maddənin cədvəl hissəsində birinci halda "30” rəqəmləri "20” rəqəmləri ilə, ikinci halda "30” rəqəmləri "15” rəqəmləri ilə və "iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər” sözləri "gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)” sözləri ilə əvəz edilsin;

1.75. 221-ci maddə üzrə:

1.75.1. 221.4.7-ci maddə üzrə:

1.75.1.1. ikinci abzasın birinci cümləsinə "verginin” sözündən sonra "və məcburi dövlət sosial sığorta haqqının” sözləri əlavə edilsin;

 

1.75.1.2. üçüncü abzasın birinci cümləsinə "vergini” sözündən sonra "və məcburi dövlət sosial sığorta haqqını” sözləri əlavə edilsin;

1.75.1.3. üçüncü abzasın ikinci cümləsində "vergi” sözündən sonra "və məcburi dövlət sosial sığorta haqqı” sözləri əlavə edilsin;

1.75.1.4. dördüncü abzasda "vergilər” sözündən sonra "və məcburi dövlət sosial sığorta haqqı” sözləri və "verginin” sözündən sonra "və məcburi dövlət sosial sığorta haqqının” sözləri əlavə edilsin;

1.75.2. 221.5-ci maddə ləğv edilsin;

1.75.3. 221.6-cı maddədə "218.1.3-cü və 218.4-cü maddələrində” sözləri "218.4-cü maddəsində” sözləri ilə əvəz edilsin;

1.75.4. 221.7-ci maddədə ", 218.2-ci və 218.3-cü” sözləri "və 218.2-ci” sözləri ilə əvəz edilsin.

1.75.5. 221.8-ci maddə üzrə:

1.75.5.1. 221.8.6-cı maddəyə birinci halda "verginin” sözündən sonra "və məcburi dövlət sosial sığorta haqqının” sözləri və "vergini” sözündən sonra "və məcburi dövlət sosial sığorta haqqını” sözləri əlavə edilsin;

1.75.5.2. 221.8.6-cı və 221.8.9-cu maddələrdə ismin müvafiq hallarında "Sabit verginin ödənilməsi haqqında qəbz” sözləri ismin müvafiq hallarında "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” sözləri ilə əvəz edilsin;

1.75.5.3. 221.8.7-ci maddəyə üçüncü halda "vergi” sözündən sonra "və məcburi dövlət sosial sığorta haqqı” sözləri əlavə edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin elektron qaimə-faktura ilə əvəzləşdirilməsi 2020-ci il 1 yanvar tarixindən sonra aparılan əməliyyatlara münasibətdə tətbiq edilir.

2.2. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır.

Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək təqdim etmədikdə tikilən binalar üzrə yaranan vergi öhdəlikləri bu Qanunla müəyyən olunmuş qaydada yerinə yetirilir.

2.3. 2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı 2020-ci il 31 yanvar tarixinədək vergi orqanına təqdim edirlər.

2.4. Bu Qanunun 1.75.1-ci, 1.75.5.1-ci və 1.75.5.3-cü maddələri "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və fərqlənmə nişanı ilə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.

2.5. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 28 dekabr.- S. 4-5.