“Elektron
kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Aqrar sahədə
yeni subsidiya mexanizminin yaradılması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. "Elektron kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi:
2.1. Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə birgə "Elektron kənd təsərrüfatı” informasiya
sisteminin fəaliyyətinin
təşkili, saxlanması
və ondan səmərəli istifadənin
təmin edilməsi üçün zəruri
tədbirlər görsün;
2.2. Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
ilə birgə "Elektron kənd təsərrüfatı” informasiya
sisteminin təhlükəsizliyinin
təmin edilməsi üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
"Dövlət informasiya
ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12
sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq "Elektron kənd təsərrüfatı” informasiya
sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
təmin etsin.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 7.