“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydasıtəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını 15 gün müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Fərmanın 1-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 dekabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 28 dekabr.- S. 7.