“Azərbaycan
Respublikasının Ailə Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli
1720-VQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin
118.4-cü maddəsinə uyğun
olaraq, "Valideyn himayəsindən məhrum
olmuş uşaqların
övladlığa götürülməsi,
o cümlədən Azərbaycan
Respublikasının vətəndaşı
olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa
götürülməsi Qaydası”nın
layihəsini hazırlayıb
bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin
118.4-cü maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir.
2.2. Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin
65.2, 115.4 (ikinci halda),
118.3, 118.5-118.8, 118.9 (hər iki halda), 118.11, 118.12,
118.13 (hər üç
halda), 118.14, 118.18, 118.22, 118.23, 119.1, 119.3,
119.5 (hər iki halda), 119.7, 119.8, 119.10, 119-1.1, 124.4, 130.2, 130.4
(hər iki halda), 130.5-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
2.3. həmin Məcəllənin
118.20-ci və 131.4-cü maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
həyata keçirirlər;
2.4. həmin Qanunun
114.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
yerli icra hakimiyyətlərinin qəyyumluq
və himayə orqanları həyata keçirirlər;
2.5. həmin Məcəllənin
115.4-cü (birinci halda)
maddəsində müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və yerli icra hakimiyyətlərinin
qəyyumluq və himayə orqanları həyata keçirirlər.
3. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
2019-cu il noyabrın
1-dək mərkəzləşdirilmiş
uçota alınan valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumatların Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir ay müddətində verilməsini
təmin etsinlər.
4. Yerli icra hakimiyyətlərinin
qəyyumluq və himayə orqanları
2019-cu il noyabrın
1-dək məhkəmələrin icraatında olan övladlığa götürmə
ilə bağlı işlər üzrə övladlığa götürmənin
uşağın mənafeyinə
uyğunluğu barədə
rəy verilməsinə
dair həmin orqanların topladıqları
sənədlərin Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir ay müddətində verilməsini
təmin etsinlər.
5. "Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 6 mart tarxli
297 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 3 (I kitab), maddə
164; 2002, ¹ 7, maddə 412, ¹ 8, maddə 478, ¹ 12, maddə
716; 2003, ¹ 6, maddə 290; 2004, ¹ 7, maddə 526; 2006, ¹ 12, maddə
1034; 2007, ¹ 3, maddə 226, ¹ 11, maddə 1105; 2010, ¹ 5, maddə
393; ¹ 7, maddə 613, ¹ 8, maddə
722; 2019, ¹ 5, maddə 818) aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 2-ci hissə üzrə:
5.1.1. ikinci abzasdan
"115.6,” və "119.2,” rəqəmləri çıxarılsın;
5.1.2. dördüncü abzasdan "118.3, 131.4 (birinci
halda),” sözləri çıxarılsın;
5.1.3. doqquzuncu abzasda "114.2 (birinci halda)” sözləri "114.2, 114.3” rəqəmləri
ilə, "115.4 (birinci
halda)” sözləri
"115.3” rəqəmləri ilə əvəz edilsin və həmin abzasdan "115.7” rəqəmləri, "122.1, 122.4 (birinci halda), 131.4 (ikinci halda), 134.3,” sözləri və
",178.2” rəqəmləri çıxarılsın;
5.1.4. on birinci, on ikinci və on üçüncü
abzaslar aşağıdakı
redaksiyada verilsin:
"həmin Məcəllənin
65.2, 115.4 (ikinci halda),
118.3, 118.5-118.8, 118.9 (hər iki halda), 118.11, 118.12,
118.13 (hər üç
halda), 118.14, 118.18, 118.22, 118.23, 119.1, 119.3,
119.5 (hər iki halda), 119.7, 119.8, 119.10, 119-1.1, 122.1, 124.4, 130.2,
130.4 (hər iki halda), 130.5, 131.2, 133, 134.13, 155.5, 178.2-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
həmin Məcəllənin
118.20-ci və 131.4-cü maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
həyata keçirirlər;
həmin
Məcəllənin 115.4 (birinci
halda), 115.7-ci maddələrində
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və yerli icra
hakimiyyətlərinin qəyyumluq
və himayə orqanları həyata keçirirlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr
2019-cu il
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 7.