Gömrük Komitəsinin rəhbərliyi Xaçmaz, Qusar və Şabranda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Dekabrın 27-də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz şəhərində Xaçmaz və Quba rayonlarından olan vətəndaşlarla görüşüb. Komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün
Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini, gömrük xidməti general-mayoru
İsmayıl Hüseynov Qusar
şəhərində, komitə sədrinin müavini,
gömrük xidməti general-leytenantı
Əsgər Abdullayev isə Şabran şəhərində Qusar və Şabran
rayonlarından olan vətəndaşları
qəbul edib. Qəbullar zamanı hər
bir vətəndaşın müraciəti
diqqətlə dinlənilib və qaldırılan məsələlərin
qanunvericiliyə uyğun həlli barədə
müvafiq strukturların rəhbərlərinə
tapşırıqlar verilib.
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 12.