2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 23 dekabr 2019-cu il tarixli 01 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar N 21/97

 

2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 75 saylı Lənkəran - Masallı seçki dairəsindən Türkoba bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Cəfərov Nofəl Əli oğlu Şükürov Ələkbər Allahverdi oğlu 23 dekabr 2019-cu il saat 16:28:41-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək 75 saylı Lənkəran - Masallı seçki dairəsinin 29 saylı seçki məntəqəsində qeydə alınmış namizəd Ağayev Vəkil Mürşüd oğlunun məntəqə seçki komissiyasının səlahiyyətlərinə müdaxilə edərək namizədlərin müşahidəçilərin hüquqlarını pozduğunu, həmin gün saat 16:34:02-də eyni bələdiyyə üzrə qeydə alınmış digər namizəd Hüseynov Rövşən Mütəllim oğlu müşahidəçi İbrahimov Mais Əlipaşa oğlu da Mərkəzi Seçki Komissiyasına teleqram göndərərək həmin seçki dairəsinin 30 saylı seçki məntəqəsində qeydə alınmış namizədlər Nuriyev Elşad Əliağa oğlu, Əsədullayev Cahil Səfər oğlu, İbrahimov Mehman Qurban oğlu vətəndaş Rüstəmov Mahir Tahir oğlunun seçki günü bilərəkdən qeyd edilən seçki məntəqəsinin tabeliyinə müdaxilələr etməyə cəhd etdiklərini göstərmişlər. Elə həmin gün saat 16:28:41-də aralarında barələrində yuxarıda göstərilən şikayətlər daxil olmuş şəxslərin olduğu, Türkoba bələdiyyəsinə qeydə alınmış digər namizədlər Ağayev Vəkil Mürşüd oğlu, Nuriyev Elşad Əliağa oğlu, İbrahimov Mehman Qurban oğlu Əsədullayev Cahil Səfər oğlu da Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək Türkoba kənd inzibati dairəsi üzrə nümayəndəsi Leyla Əzizova onun müavini Əfqan İbrahimovun 29 30 saylı seçki məntəqələrinə gələrək onlar tərəfdən olan namizədləri müşahidəçiləri seçki məntəqəsindən bayıra çıxararaq həmin məntəqələrdə qutulara topa bülletenlər atdıqlarını bir sıra digər qanunsuz hərəkətlərə yol verdiklərini göstərərək qanuna uyğun tədbirlərin görülməsini tələb etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin 112.10-cu maddəsinə əsasən seçki komissiyasına seçkilərin gedişi zamanı səsvermə günü yaxud növbəti gün daxil olan şikayət üzrə qərar dərhal qəbul edilir şikayətçiyə çatdırılır.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 8-ci bəndlərinə əsasən qərara alır:

1. 75 saylı Lənkəran - Masallı seçki dairəsindən Türkoba bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Cəfərov Nofəl Əli oğlu Şükürov Ələkbər Allahverdi oğlunun, qeydə alınmış namizəd Hüseynov Rövşən Mütəllim oğlu müşahidəçi İbrahimov Mais Əlipaşa oğlunun, qeydə alınmış namizədlər Ağayev Vəkil Mürşüd oğlu, Nuriyev Elşad Əliağa oğlu, İbrahimov Mehman Qurban oğlu Əsədullayev Cahil Səfər oğlunun seçki günü həmin seçki dairəsinin 29 30 saylı seçki məntəqələrində baş verən qanun pozuntularına dair Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 dekabr 2019-cu il tarixli 01 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

23.12.2019-cu il

 

Azərbaycan.- 2019.- 24 dekabr.- S.15.