Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə
səmimi təbriklərimi
və xoş arzularımı qəbul edin.
Siz Vətənə fədakar
xidmətiniz sayəsində
haqlı olaraq həmvətənlərinizin səmimi
hörmətini və
beynəlxalq aləmin
böyük nüfuzunu
qazanmısınız.
Azərbaycan Sizin müdrik rəhbərliyinizlə uğurlu
sosial-iqtisadi inkişaf
yolu keçib. Bu gün ölkənin davamlı inkişafına,
xalqın rifahının
daha da yüksəldilməsinə
yönəlmiş mühüm
dəyişikliklər həyata
keçirilir.
Dövlətlərimiz arasında
dostluq və strateji tərəfdaşlıq
əlaqələrinin möhkəmlənməsinə
Sizin şəxsi
töhfənizi Qazaxıstanda
yüksək qiymətləndirirlər.
Əminəm ki, münasibətlərimizdə
etimada əsaslanan konstruktiv siyasi dialoq bundan sonra
da Qazaxıstan-Azərbaycan
əməkdaşlığının, ikitərəfli əlaqələrimizin
bütün spektri üzrə dərinləşməsinə
kömək edəcək.
Hörmətli İlham
Heydər oğlu, qardaş Azərbaycan xalqının rifahı naminə ali
dövləti fəaliyyətinizdə
Sizə böyük uğurlar diləyirəm.
Hörmətlə,
Kasım-Jomart Tokayev
Qazaxıstan Respublikasının
Prezidenti.
Azərbaycan.- 2019.- 24 dekabr.- S.6.