Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Vətənin rifahı naminə səmərəli əməyiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə ictimai nüfuz və dərin hörmət qazandırıb.

Doğma Azərbaycanda və onun hüdudlarından kənarda Sizi ölkənin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərini müəyyən etməyi bacaran, zəngin biliyini və təcrübəsini ölkənin firavanlaşmasına və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı proqramların həyata keçirilməsinə sərf edən səriştəli və məsuliyyətli lider kimi tanıyırlar.

Bu xoş fürsətdən istifadə edərək, Sizə MDB məkanında inteqrasiya proseslərinə daimi diqqətinizə görə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Sergey Lebedev

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib.

 

Azərbaycan.- 2019.- 24 dekabr.- S.6.