Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim.

Siz müdrikliyiniz və əzmkarlığınız sayəsində güclüfiravanlaşan Azərbaycan dövlətinin qurulmasına böyük töhfə vermisiniz, xalqınızın yüksək etimadını doğruldaraq onun görkəmli liderinə çevrilmisiniz.

Siz Azərbaycan Respublikasının dünyada nüfuzunun möhkəmlənməsi üçün çox görmüsünüz. Rusiya ilə tarixən yaranmış dostluq əlaqələrinin daha da inkişaf etməsində, qardaş xalqlarımız arasında dialoqun genişlənməsində və qarşılıqlı hörmətin artmasında Sizin danılmaz xidmətləriniz vardır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və qurucu fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləklərimi qəbul edin.

Dərin hörmətlə,

 

Vladimir Vasilyev

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri

 

Azərbaycan.- 2019.- 22 dekabr.- S.3.