Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Zati-alinizin humanist və müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada tutduğu layiqli yerini ildən-ilə daha da möhkəmləndirməkdədir.
TÜRKSOY-un Daimi Şurasının qərarı ilə 2019-cu ilin türk dünyasında "İmadəddin Nəsimi ili” elan edilməsi, Nəsimi yaradıcılığının üzv ölkələrimizdə və dünyanın müxtəlif dövlətlərində beynəlxalq tədbirlər keçirərək tanıdılması TÜRKSOY ilə Azərbaycan arasındakı mədəni birliyimizin inkişafına xidmət etməkdədir.
Fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə hər zaman göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Ən dərin hörmət və ehtiramla,
Düsen Kaseinov
TÜRKSOY-un Baş katibi
Azərbaycan.- 2019.- 24 dekabr.-
S.6.