İşə yanaşma tərzi dəyişir

 

Prezident İlham Əliyevin strukturkadr islahatları ilə ölkə yeniləşir, iqtidarın yeni siması ortaya çıxır

 

Başa vurmaqda olduğumuz 2019-cu il ölkəmizdə çox mühüm ictimai-siyasi hadisələrlə zəngin il kimi tarixə yazılacaq. Əgər 2018-ci ili dərin iqtisadi islahatlar ili adlandırmışdıqsa, 2019-cu ili həm böyük sosialstruktur, kadr islahatları ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi qiymətləndirməliyik.

İlin əvvəlində keçirdiyi müşavirələrdə, görüşlərdə islahatların anonsunu verən Prezident İlham Əliyev fevral ayından böyük sosial islahatlar paketini elan etdi. Getdikcə daha geniş vüsət alan sosial islahatlar bir çox sahələri əhatə etməklə ölkənin ümumi inkişafına yeni dinamizm gətirdi. İnqilabi sosial islahatlar dövlət başçısının hər zaman andına və vədinə sadiqliyinin bariz təcəssümü idi. Bununla da bütün sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı. Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir.

Ümumiyyətlə, islahat dövlətin mövcud siyasiiqtisadi strukturunun təkmilləşməsi, yenidən qurulması üçün kompleks tədbirlər məcmusudur. Cənab İlham Əliyevin struktur, kadr islahatlarını isə islahatların məntiqi davamı adlandıra bilərik. "İslahatlara alternativ yoxdur” deyən dövlət başçısı bəyan etdi ki, ölkədə artıq kadr islahatları labüddür və qaçılmazdır. Bunun səbəbini isə cənab Prezident belə izah etdi ki, XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza atmaq qeyri-mümkündür.

Ona görə də yeni, bilikli, müasir təfəkkürlü kadrlara dövlət strukturlarında çalışmaq üçün siyasi meydan, imkan verilməlidir. Ancaq məsələ bununla da bitmir. Kreativ gənclik eyni zamanda vətənə bağlı, hər hansı bir xarici təsirdən azad olmalıdır ki, dövlətin müstəqilliyi, inkişafı üçün öz səylərini göstərə bilsin.

Struktur islahatları kimi mühüm bir məsələyə xüsusi diqqət yetirən cənab İlham Əliyev Prezident Administrasiyasında çox ciddi strukturkadr islahatları apardı, Nazirlər Kabineti yenidən formalaşdı. Həm vəzifələrə yeni simalar gətirildi, həm də struktur dəyişikliyi edildi. Yerli icra orqanlarında kadr dəyişikliyi isə davam edir. Görünən odur ki, kadrstruktur islahatlarını öz strateji idarəetmə siyasətinə uyğun aparan cənab Prezident daha çevik, operativ idarəetmə mexanizmi tam formalaşanadək bunu davam etdirəcək.

Dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verən cənab Prezident bir daha kadr islahatları məsələsinə toxunaraq prosesin hansı formada davam etdiriləcəyini və qarşıdakı hədəfləri, məqsədləri açıqladı. Kadrstruktur islahatlarını bir-birini tamamlayan islahatlar hesab edən dövlət başçısı dedi ki, bu, ümumi islahatlar siyasətinin təzahürüdür və islahatlar müxtəlif dövrlərdə, müxtəlif templə, səmərə ilə həyata keçirilib: "Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənc, eyni zamanda, təcrübəli kadrlar təmsil olundularbiz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Builki sosial-iqtisadi göstəricilərin artımı onu göstərir ki, Prezident tərəfindən verilən tapşırıqlar yerinə yetirilir”.

Prezident həmçinin struktur islahatlarına da toxunaraq bildirdi ki, dayanıqlı inkişafı təmin etmək üçün struktur çevik olmalı, kadrlar müasir çağırışlara cavab verməlidirlər: "XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Eyni zamanda, təqaüdə çıxmış, amma vaxtilə xidməti olmuş kadrları da biz böyük hörmətlə təqaüdə göndəririk. Bu da həm bizim milli ənənələrimizə uyğundur, eyni zamanda, mən hesab edirəm ki, hər bir insana onun gördüyü işlərə görə də qiymət verilməlidir, o cümlədən rəhbərlik tərəfindən. Ona görə hesab edirəm ki, ölkəmizdə bu proses çox hamar gedir”.

Göründüyü kimi, cənab İlham Əliyevin apardığı siyasət konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Yəni həm kadr, həm də struktur islahatları zamanında aparılır. Ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Prezident deyir ki, yeniləşən Azərbaycanda ölkəmizin yeni siması ortaya çıxır: "Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğunbizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifahkadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar, əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək”.

Yeni və köhnə kadrlara tövsiyələrini çatdıran Prezident hətta özünü nümunə göstərərək xalqa-dövlətə xidmət prinsipi əsasında həftənin bütün günləri, yəni bazar günlərində belə işlədiyini, bəlkə də Azərbaycanda istirahət günləri olmayan yeganə insan olduğunu onların diqqətinə çatdırdı: "İş qrafikim çox gərgindir. Demək olar ki, qrafikimdə fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır. Bir çox məsələlər çıxır ki, onlar operativlik tələb edir. Ona görə ictimaiyyətə təqdim olunan bəzi daxili görüşlər mənim qrafikimdə bəlkə də 5-10 faiz təşkil edir. Ancaq buna ehtiyac var. Həm də bu, ictimaiyyətə verilən bir növ hesabatdır, siyasətimizin əsas istiqamətlərinin dəqiqləşdirilməsidir”.

Göründüyü kimi, strukturkadr islahatları kimi mühüm məsələyə xüsusi diqqət yetirən dövlət başçısı bunun aparılmasına ciddi ehtiyac olduğunu deyir. Bu səbəbdən də daha çevik, operativ idarəetmə mexanizminin yaradılması istiqamətində kadr islahatlarının bundan sonra da davam etdiriləcəyini söyləmək olar.

Əlbəttə ki, bütün islahatlar, yeniliklər xalqın rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar olmaqla bərabər ölkənin ümumi inkişafına müsbət təsir göstərməklə Azərbaycanın beynəlxalq imicini, reytinqini də yüksəltməkdədir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 1; 5.