İlham Əliyev erməni faşizmini növbəti dəfə ifşa etdi
Dünya miqyasında ən böyük təhdidlərdən biri də bu gün neofaşizmin yenidən təşəkkül tapmasıdır. Hazırda neofaşist ideyaları bəşəriyyətə qarşı yönəlmiş qanlı siyasət kimi qiymətləndirilir və onunla qətiyyətli mübarizə mühüm vəzifəyə çevrilir. Çünki beynəlxalq ictimaiyyət belə düşmənçilik yaradan təbliğatın yenidən dünyanı böyük fəlakətlərə sürükləyə biləcəyini yaxşı dərk edir. Lakin bəşəriyyətin daha böyük inkişafa doğru irəlilədiyi bir vaxtda elə ölkələr də tapılır ki, neofaşizmi dövlət siyasəti səviyyəsinə yüksəldirlər.
Bu xüsusda neofaşizm ideyalarını dirçəltməyə və yaymağa can atan Ermənistan indi daha çox seçilməkdədir. Neofaşizm bu gün Ermənistanda yeni intibah mərhələsini yaşamaqda, çoxsaylı tərəfdarlar toplamaqdadır. Ermənistanda hitlerçilərlə çiyin-çiyinə insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş erməni caniləri qəhrəman kimi təqdim olunur, onların nifrətamiz xatirəsi əbədiləşdirilir, abidələri ucaldılır. Belə mənfur "qəhrəman”lardan biri Njde ləqəbli cinayətkar general Qaregin Yegişeviç Ter-Arutyunyandır.
İkinci Dünya müharibəsində nasistlərin tabeliyində olan hərbi birləşməyə başçılıq edən erməni əsilli Qaregin Ter-Arutyunyana (Njdeyə) Yerevanın mərkəzində abidə ucaldılıb.
Kütləvi insan qırğınlarında fəal iştirak edən Njdenin adına Yerevanda bir prospekt, böyük meydan, onun ətrafındakı metro stansiyası, bir kənd verilib. Nə qədər qəribə olsa da, nasizmi qəhrəmanlaşdıranlar Avropada yox, dünyanın başqa bir regionunda - MDB məkanında çoxdandır fəaliyyət göstərirlər və onlara "gözün üstə qaşın var” deyən də yoxdur.
Söhbət, ilk növbədə, Ermənistandan
gedir. Rəsmi Yerevan nasizmin məşhurlaşdırılmasında
artıq lider mövqeyindədir.
Bu günlərdə ilin
yekunları ilə bağlı yerli jurnalistlərə verdiyi müsahibəsində Azərbaycan
Prezidenti İlham Əliyevin Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması
ilə bağlı tutarlı fikirləri növbəti dəfə geniş ictimaiyyətin diqqətini çəkib. Dövlət
başçısı deyib
ki, MDB məkanında
faşizmin qəhrəmanlıq
kimi qələmə verilməsinə yer yoxdur: "...Rəsmi bəyanatlarda müharibənin
tarixi nəticələri
və Sovet İttifaqının qələbənin
əldə edilməsində
əsas rolu haqqında fikir ayrılığı yoxdur.
Eyni zamanda, faşistlərin qəhrəmanlaşdırılması ilə bağlı fikirlər də üst-üstə düşür.
Belə olan halda necə ola bilər
ki, İrəvanda, şəhərin mərkəzində
faşist cəlladı
Njdeyə altı metrlik abidə ucaldılır və bu abidənin açılışında Ermənistanın
prezidenti və bütün rəhbərlik
iştirak edir. Bu, nə deməkdir?!
...Sadəcə olaraq,
MDB Zirvə görüşünün
gündəliyindəki məsələlərdən
biri də Qələbənin 75 illiyinə
hazırlıq idi. Mən bu məsələni açıq və arqumentlərlə dilə
gətirdim, tarixi sənədlərə istinad
etməklə Njdenin faşist və cəllad sifətini ifşa etdim. Njdenin cinayətləri təkcə
İkinci Dünya müharibəsi illərində
törətdiyi cinayətlərlə
məhdudlaşmır. O, dinc Azərbaycan əhalisinə qarşı
qəddarlıq, soyqırımı
törətmişdir, minlərlə
günahsız azərbaycanlını
qətlə yetirmişdir.
Bütün bunlar tarixi faktlardır”.
Göründüyü kimi, on minlərlə insanın, dinc sakinin öldürülməsində
iştirak edən, Ukrayna və Polşada çoxsaylı
qətllər, qarətlər
törədən, yəhudilərə
və nasist ideologiyasına nifrət edən xalqların nümayəndələrinə qarşı amansızlığı
ilə fərqlənən
Njdeyə İrəvanda
abidə ucaldılması
Ermənistan hakimiyyətinin
nasizmə, zülmə,
qəddarlığa məhəbbətindən
xəbər verir. Bunu qəhrəmanlıq sayan Ermənistan hakimiyyətinin
nasistlərə satılan,
minlərlə insanın
qanını axıdan
bir cəllada abidə qoyması faşizmə qarşı
mübarizə aparmış
bütün xalqlara və millətlərə
ən böyük hörmətsizlik, təhqir,
xəyanətdir.
İndi
Ermənistan iqtidarı
əli minlərlə
günahsız adamın
qanına batmış
bu hərbi caniyə yeni don biçməyə çalışır
- guya Njde əsl erməni vətənpərvəridir, onun
"ideya”ları hələ
də aktualdır və s. Ancaq erməni millətçiləri
Njde və Dronun vermaxtla əlaqələrinin üstündən
sükutla keçirlər,
çünki bu "qəhrəman”ların alman
nasistləri ilə sıx işbirliyi danılmaz faktdır. Bu məsələyə toxunan
İlham Əliyev qeyd edib: "...Əgər yadınızdadırsa,
mən o çıxışda
bildirdim ki, bunu Ermənistanın əvvəlki rəhbərliyi
edib. Yəni mən baş
nazir Paşinyana bir növ imkan
verdim ki, o, bu çirkin əməli öz boynuna almasın. Çünki onun bu abidənin ucaldılmasında
iştirakı olmayıb.
Ancaq əfsuslar
olsun ki, düzgün yanaşma göstərməkdənsə, o, çox qeyri-adekvat bəyanatlarla Njdeyə bəraət qazandırmağa
çalışdı. Arqumentlərin
biri də o olmuşdur ki, - çünki mən dedim ki, o, "SMERŞ” tərəfindən həbs
olundu, "SMERŞ” də
abreviaturadır, "Smertğ
Şpionam” - "Casuslara
ölüm”, - və
25 il müddətinə
məhkum edildi, öz həyatını
Vladimir həbsxanasında bitirdi.
Onun da arqumenti o oldu ki, Soljenitsın
da sovet rejimi tərəfindən həbs olunmuşdur.
Mən ondan sonra bir daha
söz alıb dedim ki, cəlladı,
faşisti Soljenitsın
ilə eyniləşdirmək
olmaz.
Bu, qətiyyən qəbuledilməzdir. Mən gözləyirdim
ki, bundan sonra artıq sakit bir şəraitdə
öz müşavirlərinin
köməyi ilə Ermənistan bir çıxış yolu axtaracaq, hər hansı bir məqbul formada bunu təkzib edəcək. Amma biz
bunun tam əksini gördük... Njdenin məşhur şüarı
o idi ki, "Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür”.
Yəni
o, faşistdir və bunu İkinci Dünya müharibəsi zamanı demişdir.
Ona görə əlbəttə
ki, Ermənistan rəhbərliyinin belə
cəfəng sözləri
ciddi qəbul oluna bilməz”.
Beləliklə, faşistə və terrorçuya ehtiram göstərmək Ermənistanın
ictimai-siyasi həyatında
heç də yeni bir hal
deyil. Belələrini qəhrəmanlaşdırmaq Ermənistanın dövlət
siyasətinin əsas prioritetlərindəndir. Njde ləqəbli
faşizmə xidmət
etmiş terrorçuya
Yerevanda heykəl qoyulması hitlerçiliyin
açıq-aşkar təbliğatıdır.
Bu cür hadisələr
erməni cəmiyyətində
ancaq faşizm prinsiplərini formalaşdıra
bilər ki, Ermənistan rəhbərliyinin
də hədəfi məhz bundan ibarətdir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 30 dekabr.- S. 1; 5.