Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

 

1. Azərbaycan Respublikası 2016-cı il oktyabrın 6-da İstanbul şəhərində qəbul edilmiş Poçt ödəniş xidmətləri haqqında Sazişə onun Yekun Protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulsun.

2. Azərbaycan Respublikasının aşağıdakı qanunları bu Qanun qüvvəyə mindiyi gündən ləğv edilsin:

2.1. "Ümumdünya Poçt İttifaqının "Poçt ödənişləri xidmətləri haqqındaSazişinə qoşulmaq barəsindəAzərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli 259-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 400);

2.2. "Poçt ödəniş xidmətləri haqqındaSazişin təsdiq edilməsi barədəAzərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 569-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 336);

2.3. "Poçt ödəniş xidmətləri haqqındaSazişə qoşulmaq barədəAzərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 517-IVQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 87);

2.4. "Poçt ödəniş xidmətləri haqqındaSazişə qoşulmaq barədəAzərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 169-VQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 3, maddə 427).

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 dekabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 3.