2020-ci ildə Azərbaycan
Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas
istiqamətləri (proqramı) və investisiya
siyasəti
Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - Fond) vəsaitinin xərc istiqamətləri
1.1. Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.2. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;
1.3. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.
2. Fondun 2020-ci il
üçün investisiya
siyasəti
2.1. Fondun investisiya siyasətinin məqsədi
2020-ci ildə Fond əsas
kapitalın itirilməsi
riskinin aşağı
olması şərtilə
maksimum gəlirliliyin əldə edilməsinə
imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
2.2. Fondun investisiya portfeli
2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
2020-ci il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan
məcmu dəyəri
(ortaçəkili həcmi)
71,2 milyard manata bərabər götürülür.
2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi
Fondun investisiya
portfelinin baza valyutası ABŞ dolları
müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin
beynəlxalq kredit agentlikləri tərəfindən
verilmiş kredit reytinqi "A” (Standard & Poor's, Fitch) və ya "A2” (Moody's) dərəcəsindən aşağı
olmayan ölkələrin
valyutalarında ifadə
edilən aktivlərdə
olması şərtilə
Fondun investisiya portfelinin məcmu dəyərinin:
1. 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;
2. 20 faizi avroda ifadə
olunan aktivlərə;
3. 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;
4. qalan 10 faizi
isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
2.2.3. İnvestisiya portfelinin altportfelləri
Fondun investisiya portfeli aşağıdakı altportfellərdən
(bundan sonra - portfel) ibarətdir:
1. borc öhdəlikləri
və pul bazarları alətləri
portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə
investisiya qoyan pay fondları istisna olmaqla) - aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 55 faizi;
2. səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc
öhdəliklərinə investisiya
qoyan pay fondları olmaqla);
3. daşınmaz əmlak portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya
portfelinin məcmu dəyərinin 10 faizə
qədəri (daşınmaz
əmlak və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə
investisiya qoyan pay fondları daxil olmaqla);
4. qızıl portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə
qədəri.
2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi
1. Fondun borc öhdəlikləri
və pul bazarları alətləri
portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark)
kimi müvafiq valyuta (avro istisna
olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas
götürülür.
2. Fondun borc öhdəlikləri
və pul bazarları alətləri
portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf
gəlirliliyi (bençmark)
kimi 6 aylıq
EURİBOR faiz dərəcəsi
əsas götürülür.
3. LIBOR dərəcəsi mövcud
olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış
faiz dərəcələri
əsas götürülə
bilər.
4. Səhm (pay) portfelinin hədəf gəlirliliyi
(bençmark) kimi MSCI
Stock Market Indexes əsas götürülür.
2.3. Risklərin idarə olunması üzrə tələblər
2.3.1. Faiz dərəcəsi riski
Fondun borc öhdəlikləri və
pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı
olaraq Fond müəyyən
edir və bu müddət 48 aydan artıq olmamalıdır.
2.3.2. Kredit riski
1. Fondun valyuta vəsaitinin yerləşdirildiyi
investisiya aktivlərinin
kredit reytinqi Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 511 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndinin
səkkizinci yarımbəndində
nəzərdə tutulmuş
qeyri-investisiya reytinqinə
malik borc öhdəlikləri və
təsisatlardakı depozitlər
üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası
Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə
həyata keçirilən
investisiya qoyuluşları
nəticəsində Fondun
investisiya portfelinə
daxil olan aktivlərə tətbiq edilmir.
2. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya
aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15
faizi həddində müəyyən edilir.
2.3.3. Likvidlik üzrə tələblər
Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.
2.3.4. Xarici menecerlər üzrə tələblər
1. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
2. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.
3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.
Azərbaycan.- 2019.- 30 dekabr.- S. 3.