Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kitabxana işi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 593 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Kitabxana işi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 167; 2002, ¹ 8, maddə 482; 2006, ¹ 9, maddə 743; 2007, ¹ 6, maddə 601) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Kitabxana işi haqqındaAzərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci ikinci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.2. üçüncü dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

"həmin Qanunun 7-ci maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin dördüncü hissəsində, 17-ci, 18-ci maddələrində, 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində nəzərdə tutulmuş "orqanın (qurumun) kitabxanası ikinci bəndində nəzərdə tutulmuş "orqanın (qurumun) kitabxanalarıAzərbaycan Respublikası Nazirlər Kabinetinin həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında müəyyən edilirlər;”;

1.3. ikinci-yeddinci abzaslar müvafiq olaraq 2.1-2.6-cı bəndlər hesab edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Kitabxana işi haqqındaAzərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində nəzərdə tutulmuş "orqanın (qurumun) kitabxanası”nı ikinci bəndində nəzərdə tutulmuş "orqanın (qurumun) kitabxanaları”nı, onların hər birinin adını göstərməklə, həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında bir ay müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 29 dekabr.- S.2.