Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin professor-müəllim heyəti adından və şəxsən öz adımdan ürəkdən gələn ən səmimi təbriklərimizi qəbul edin.
Təhsil və əlil gənclərin sosiallaşması sahəsində Rusiya-Azərbaycan əməkdaşlığını hərtərəfli dəstəklədiyinizə görə Sizə təşəkkür edirik.
Zati-alinizə səmimi qəlbdən tükənməz həyat eşqi və cansağlığı, Azərbaycan Respublikasının rifahı və inkişafı naminə uğurlu və səmərəli fəaliyyət, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzu edirik.
Hörmətlə,
Vaqif Bayramov
Moskva Dövlət Humanitar
İqtisad Universitetinin
rektoru, professor
Azərbaycan.- 2019.- 30 dekabr.- S. 3.