“Azərbaycan Respublikasının
Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
əlavə tədbirlər və “Azərbaycan
Respublikasının Dövlət Himnindən istifadə
qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu
il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Dövlət Himnindən
istifadə qaydaları
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə əlaqədar qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. "Azərbaycan
Respublikasının Dövlət
Himnindən istifadə
qaydaları haqqında”
Azərbaycan Respublikası
Qanununun 7.1-ci maddəsində
"orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
və Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti nəzərdə tutulur;
1.2. həmin
Qanunun 7.3-cü maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur.
2. "Azərbaycan
Respublikasının Dövlət
Himnindən istifadə
qaydaları haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 4, maddə
628) 2-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1. "Azərbaycan
Respublikasının Dövlət
Himnindən istifadə
qaydaları haqqında”
Azərbaycan Respublikası
Qanununun 7.1-ci və
7.3-cü maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin
Qanunun 7.3-cü maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
2.3. həmin Qanunun 7.1-ci maddəsində
"orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
və Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti "Azərbaycan
Respublikasının Dövlət
Himnindən istifadə
qaydaları haqqında”
Azərbaycan Respublikası
Qanununun 7.3-cü maddəsinə
uyğun olaraq, xarici dövlətin ərazisində Azərbaycan
Respublikasının keçirdiyi
təntənəli tədbirlər
zamanı Azərbaycan
Respublikasının Dövlət
Himninin ifa edilməsi qaydasını
3 ay müddətində müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin.
4. Azərbaycan
Respublikasının Baş
Prokurorluğuna tövsiyə
edilsin ki, Azərbaycan Respublikasının
Dövlət Himnini prokurorluq orqanları işçilərinin ifa etməsi, dinləməsi və oxuması qaydasını müəyyən
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 29 dekabr.-
S.1.