2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 31 saylı müraciətin araşdırılması müddətinin uzadılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar 25/139

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 29 saylı Səbail seçki dairəsinin Bibi-heybət bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Həsənova Səmayə Xanəhməd qızı və digərləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək müraciətə əlavə etdiyi 30 saylı seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokolunun surətinin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciətin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir.

Müraciətlə bağlı əlavə araşdırmanın zəruri olması barədə, ekspert qrupunun üzvü tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırılmışdır.

Vəsatət əsaslı olduğundan, təmin edilməli, əlavə araşdırılma aparılması üçün müddət 3 gün uzadılmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2019-cu il tarixli 31 saylı müraciətin araşdırılması müddəti 3 gün uzadılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 8.