İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Simonetta
Sommaruqaya
Hörmətli xanım Sommaruqa,
İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə İsveçrə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Yeni, 2020-ci ilin gəlişi münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı yetirirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr
2019-cu il.
Azərbaycan.- 2019.-25 dekabr.-
S.1.