Azərbaycan-Rusiya münasibətlərinin davamlı
inkişafı həm regional siyasətdə,
həm də bütövlükdə çox
mühüm amildir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Maksim Oreşkin Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
-Diqqətinizə
görə çox sağ olun.
Sizi yenidən görməyimə
şadam. Xoş gəlmisiniz.
Bu gün
biz əməkdaşlığımızın
bir ilini bir növ rəsmən
başa vururuq. Bu il çox səmərəli və məhsuldar olub. Mənim fikrimcə, bu il
biz həm əvvəlki
illərdə, həm
də bu il nəzərdə tutduqlarımızın hamısına
nail olmuşuq. Əlbəttə,
bu il
münasibətlərimizin davamlı
inkişafı həm
regional siyasətdə, həm
də bütövlükdə
çox mühüm amildir. Buna görə əminik ki, gələn il
də uğurlu əməkdaşlıq edəcəyik,
nəzərdə tutduğumuz
planlar, başladığımız
layihələr həyata
keçiriləcək. Eyni qayda
ilə sizin əvvəlki səfəriniz
çərçivəsində iri əczaçılıq
zavodu açıldı,
yeni maşınqayırma
zavodunun təməli qoyuldu. Əlbəttə, rəmzi haldır
ki, əməkdaşlığımızın
bu ilini ölkələrimizi əlaqələndirən
körpünün açılışı
ilə başa vururuq. Mən bunu çox
əlamətdar hadisə
hesab edirəm. Ona görə ki, həm sovet dövründə, həm
də postsovet illərində Rusiya ilə Azərbaycanı yalnız bir körpü bağlayırdı,
hərçənd onu
əsl körpü adlandırmaq da olmaz, o körpü çoxdan köhnəlmişdi.
Buna görə yeni körpü biznes, qarşılıqlı
faydalı beynəlxalq
əməkdaşlıq, nəqliyyat
dəhlizi üçün
yeni qapılar deməkdir. Beləliklə, ilin məhz
bu cür əlamətdar hadisə ilə başa çatması çox rəmzi məna daşıyır.
Bu il
ərzində əlamətdar
hadisələr çox
olub - Prezident Vladimir Vladimiroviç Putin və
Rusiyanın digər rəhbərləri ilə
mənim görüşlərim,
rəsmi nümayəndə
heyətlərinin səfərləri,
iqtisadi, humanitar sahədə əməkdaşlıq.
Gələn il
də çox mühüm tədbirlər
nəzərdə tutulur,
o cümlədən Sankt-Peterburqda
keçiriləcək mədəniyyət
forumunda Azərbaycan əsas qonaq kimi təmsil olunacaq. Bu, çox
şərəfli missiyadır.
Biz Rusiya tərəfinə
minnətdarıq ki, belə bir fəxri
qonaq qismində məhz bizim ölkəmiz seçilib.
Bu tədbirə hazırlıq ən yaxın vaxtlarda başlanacaq.
Sizi bir daha salamlamaq
istərdim. Şadam ki, tez-tez görüşürük. Buna səbəb həm
praktiki, həm də mərasim xarakterli tədbirlərin çox olmasıdır.
Sizi görməyə
bir daha şadam və yeni ildə sizə uğurlar, dost Rusiyaya yeni qələbələr
arzu edirəm.
***
Rusiyanın İqtisadi
İnkişaf naziri Maksim OREŞKİN dedi:
-Çox sağ olun,
hörmətli İlham
Heydər oğlu. Mən və həmkarlarım doğum gününüz
münasibətilə Sizi
bir daha təbrik edirik. Bu gün çox
gözəl gündür.
Biz gələndə hava dumanlı idi. İndi isə göy
qübbəsi altında
mavi səma görünür. Bu, çox yaxşı əlamətdir.
Biz hər
dəfə Azərbaycana
gəlməyə sevinirik. Həqiqətən indi bizim həyata keçirdiyimiz, məntiqi sonluğa
çatdırdığımız layihələrin sayı
get-gedə artır. Bu, çox
yaxşı haldır. Ona görə ki, hər bir belə layihə
ölkələrimizi daha da
yaxınlaşdırır, iqtisadiyyatımız daha fəal artır, insanların rifahı
yaxşılaşır. Buna görə biz bu məqsədlərə
istiqamətlənmişik və bu yöndə
işləyirik. Biz hər addımda yeni layihələr düşünüb
tapmağa çalışırıq, onlar həqiqətən bizim
irəliləməyimizə kömək edir.
Məsələn, indicə həmkarlarımızla maliyyə
məsələsi ilə bağlı bir
məqamı müzakirə edirdik.
Baxarıq, ola bilsin bu istiqamətdə işləyəcəyik. Rusiyada "Mir” adlanan bir ödəmə sistemi var. Bizim
türkiyəli həmkarlarımız bu sistemi öz bazarlarında
tətbiq edirlər. Bu, Türkiyəyə
gedən rusiyalı turistlər üçün
çox münasibdir.
Siz bizim
qarşımızda turist mübadiləsini
inkişaf etdirmək vəzifəsini qoymusunuz. Biz bu göstəricini milyona
çatdırmağa çalışırıq. Həqiqətən,
turistlərin ölkələrimiz arasında gediş-gəlişi
nə qədər sadə, rahat olsa, turist axını bir o qədər çox olacaq. Biz həmkarlarımızla razılığa
gəlmişik ki, bu məsələni
araşdıraq, həmin sistemin Azərbaycanda
tətbiq edilməsinin nə dərəcədə mümkün olmasını
aydınlaşdıraq. Buna görə daha fəal işləməyə
hazırıq.
Azərbaycan.- 2019.- 25 dekabr.-S.4.