“Buz krallığı”nın paytaxtda Yeni il əyləncələri
170 tonluq su hovuzu, musiqili fəvvarələr,
akva-balet, heyvanların "hoqqaları” -
bir-birindən maraqlı şou
proqramları Bakı Dövlət Sirkində
Asudə vaxtların daha səmərəli keçməsi üçün adətən müxtəlif ünvanlar seçilir. Bunlar yalnız kino-teatr, konsert salonları, yaxud turizm marşrutları
deyil.
Belə əyləncə məkanlarından
biri də mərkəzi şəhərlərdə
fəaliyyəti ilə
daim diqqətçəkən
sirklərdir. Bakı sirki də daim tamaşaçı nəfəsi ilə isinib. 1945-ci ildə ilk milli sirk truppası kimi yaradılıb. Xüsusən ilin əlamətdar
və tarixi, eləcə də bayram günlərində burada tamaşaçı əlindən tərpənmək
olmur. İllərin
qovuşuğunda Bakı
Dövlət Sirkində
yenidən anşlakdır:
kiçik yaşlı
məktəblilər doğmaları,
xüsusən baba və nənələri ilə yollarını məhz buradan salırlar. Sirkin özünün də keçdiyi yol uzun və
keşməkeşli olub.
Bakı Dövlət
Sirkinin direktoru, Əməkdar mədəniyyət
işçisi Vaqif Bağırzadə əyləncə
və istirahət mərkəzinin dünəni
və bu günü barədə fikirlərini bölüşərkən
onu da vurğuladı
ki, yüz ildən artıq bir dövr ərzində
insanlara həyəcan
və sevinc dolu anlar yaşadan
sirkin maneji fanatları hesabına bu gün də
öz missiyasını
- sənətə və
insanlara xidmət vəzifəsini yerinə yetirir: "Sirkin səhnəsində dünyanın
müxtəlif ölkələrindən
dəvət olunan kollektivlər çıxış
edirlər. Yaradıldığı ilk vaxtlar tamaşa
yalnız sirk nömrələrindən ibarət
olmayıb. Truppanın
tərkibinə estrada və balet artistlərinin çıxışları da
salınıb. Ənvər
Quliyev, "Ulduz bacıları”, kəndirbaz
Əlixan və digər artistlərin bir-birindən maraqlı nömrələrindən ibarət
truppanın fəaliyyəti
dövründə "Zirvədən
işıq” adlı proqramla Bakı sirki keçmiş
SSRİ-nin müxtəlif
məkanlarında, eləcə
də Afrika, Asiya, Amerika və Avropa qitələrində daimi qastrollarda olub...”
Nikitinlərin sirk binasında milli tamaşalar
Ötən əsrin 90-cı illərində
rus sirkinin ataları sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açıb. 1904-cü ildə indiki Nəsimi bağının
yerində Şərqdə
sirk-teatr binası inşa edilib.
Maraqlıdır, Bakı sirkinin kolxoz filialı da olub, onun
əsasını qoyanlar
isə yerli özfəaliyyətçilər, kəndirbazlar və xalq pəhləvanları idi. 1945-ci ildə Azərbaycanda ilk peşəkar
sirk kollektivi yaradılıb. Kollektiv
Bakı sirkinin kolxoz filialından və Azərbaycan estrada artistlərindən,
həmçinin bədii
özfəaliyyətçilərdən təşkil olunub. "Azərbaycan toyu”
adlı ilk proqramı
dahi bəstəkar Üzeyir bəy Hacıbəyli hazırlayıb.
Sirk ustalarının bir-birindən
maraqlı, rəngarəng,
həm də "qorxulu” nömrələri
olur. Məhz buna görə məşhur kəndirbaz Rza Əlixan, sim üzərində rəqs
edən "Ulduz bacıları” - Sona, Şəfiqə və Gülnaz, təlim görmüş itlərlə
şou göstərən
Maralxanım Şirinova,
jonqlyor Xosrov Abdullayev, akrobat İsmayıl Mirzəyev,
"Üç qardaş”la
tanınan Nikolay Qorkovenko, Xosrov Abdullayev, Viktor Xelaya, ilanoynadan Sofu Cəfərovun adları sirksevərlərin yaddaşına
yazılıb. Yunis və
Yusif Ağayev qardaşlarının "Nəsrəddin
və Bəhlul Danəndə” səhnələri,
"Zorxana” və milli güləş nümayişləri də
unudulmayan oyunlar sırasına daxildir.
Xalq pəhləvanı Sali Süleymanın, klounlar - Qasım Məlikovla Kamal Abdullayevin çıxışları da
o dövrün ən yaddaqalan nömrələri
hesab edilir.
"Cigitlər”in akrobatlarla çıxardığı
"hoqqa”lar
Bakı Dövlət Sirki həmişəki kimi, bu gün də
tamaşaçı qıtlığı
çəkmir, əksinə,
şou-tamaşa məkanının
qapısını döyənlərin
sayı demək olar ki, gündən-günə
artmaqdadır. Çünki burada bir-birindən
maraqlı, əyləncəli
proqramlar nümayiş
etdirilir. Bakı Dövlət
Sirkinin ictimaiyyətlə
əlaqələr şöbəsinin
rəhbəri Mahir Hümbətovla söhbət
zamanı öyrəndik
ki, son illər tamaşa salonundakı anşlakın bir çox səbəbləri
var. Onlardan ən əsası ölkə ərazisində əhalinin
asudə vaxtının
səmərəli təşkilinə
daha çox diqqət yetirilməsidir.
Sirkdə də bu amil özünü
qabarıq şəkildə
göstərir: "...Teatrdan,
konsert salonlarından fərqli olaraq, sirk tamaşalarının
daha çox diqqət çəkməsi
həm də burada idmanla incəsənətin müxtəlif
sahələrinin sintezləşməsi
ilə proqramların tərtib edilməsidir. Sirkin mövsümi xarakter daşıması təsadüfi
deyil. Bu il də Bakı Dövlət Sirkinin tamaşaçıları
yaş baxımından
rəngarəngdir: uşaqdan-böyüyə
Bakı sakinləri, eləcə də paytaxtın qonaqları, hətta turistləri belə tamaşalara tələsirlər.
Burada yalnız şən klounlar deyil, eyni zamanda əhliləşdirilmiş
heyvanlarla nömrələr
də göstərilir. Bunları azyaşlı
tamaşaçılar daha
çox sevirlər.
Akrobatların çıxardığı
"hoqqa”lara tamaşaçılar
gün ərzində
3 dəfə baxa bilirlər. 5 yaşadək uşaqlar sirk tamaşalarına pulsuz buraxılır.
Bu, artıq ənənə
halını alıb,
son 16 ildir ki, davam etdirilir. 3 manejli sirkin
tamaşa salonu 2 min nəfərlikdir. Burada qiymətlər
sırasına görə
10, 12, 15 və 20 manatlıqdır”.
Dünyadakı sirk
məşhurlarımız...
Yarandığı ilk illərdə Bakı sirki SSRİ-nin Ümumittifaq Sirklər Birliyinin tərkibində olduğu üçün
gözdən-könüldən uzaq düşmüşdü. Digər mədəniyyət
sahələrində olduğu
kimi, burada da lazımi şəraitin yaradılması
Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Dünyanın məşhur "Sirk-disuley”nin ustalarının
adları arasında həmyerlimiz Üzeyir Cəfərovun da olması ürəkaçan
faktlardandır. Yaxud Çina
Franklina adı ilə tanınmış kluon Elçin Şirinovu sirksevərlərimiz
gözəl tanıyırlar.
Məhz belə ustadların maraqlı proqramları ilə Bakı Dövlət Sirki son illər dünyanı dolaşmaqdadır. Sənətkarlarımızın səsi Almaniya,
Rusiya, Niderland, İtaliya, Çin, Çili, Argentina... kimi ölkələrdən gəlir.
Bu gün
Bakı sirkində göstərilən proqramlar
da zənginliyi ilə sevilir və baxılır. Axı proqramda "Lasta-rika” kimi şoular da var. "Sözəbaxan”
pinqvinlərlə göstərilən
belə nömrələr
tamaşaçılarda xoş
ovqat və yüksək əhvali-ruhiyyə
yaradır...
"Water land” -
"Buz krallığı”nın
fantastik şousu
Bu da yeni proqram: Bakı
Dövlət Sirkinin qapıları, bir qayda olaraq, yenə
də əyləncə,
şousevər tamaşaçılarının
üzünə açıqdır.
Noyabrın 2-dən başlayan yeni mövsümdə daha çox kiçik yaşlı tamaşaçılar burada
əməlli-başlı əylənib,
deyib-gülüb, fantastik
sirk sousunu hərarətlə alqışlayıblar.
"Buz krallığı”
fantastik sirk şousunda nələr göstərilmir ki: qeyri-adi lazer və işıq effektləri ilə yeni təqdimatda əhliləşdirilmiş heyvanlar,
hava gimnastlarının
uçuşu, akrobatlar,
güc jonqlyorlarının
"hoqqaları”, illüziya,
monosikl, "Şmaks”
klounların dueti. Bütün bunlar 170 tonluq dondurulmuş su hovuzu, yəni
buz üzərində!
Bir-birindən maraqlı
daha nələr-nələr...
Buyurun, bir-birindən
maraqlı əyləncəli
şou proqramlı sirk tamaşaları yolunuzu gözləyir, Yeni ilinizi xoş
ovqatla qarşılayın...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2019.- 31 dekabr.- S.13.