Birinci vitse-prezident Mehriban
Əliyeva Uşaq Psixonevroloji
Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə
tanış olub
Dekabrın 30-da Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva
Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan
əsaslı təmir
işlərindən sonra
yaradılan şəraitlə
tanış olub, mərkəzin yeni korpusunun açılışında
iştirak ediblər.
AZƏRTACxəbər verir ki, Birinci vitse-prezident
Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində yaşayan
və müalicə alan, xüsusi
təhsilə yiyələnən
uşaqlar üçün
yaradılan şəraitlə
maraqlandı.
Məlumat verildi ki, uşaqların
müayinə və müalicəsi üçün
geniş və müasir mərkəzin yaradılmasının zəruri
olduğunu nəzərə
alaraq, 2009-cu ildə Heydər Əliyev Fondu Bakı şəhərində Psixonevroloji
Uşaq Mərkəzi
inşa etdirib. Fondun prezidenti
Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq Mərkəzdə uşaqlara
baş çəkirlər.
Mərkəzdə əsasən autizm, serebral iflic, əqli gerilik və ləngimələrdən
əziyyət çəkən
uşaqlar müalicə
olunurlar. 2015-ci ildə təmir edilən bina bu il Heydər Əliyev Fondu tərəfindən yenidən
əsaslı təmir
olunub və əlavə 2 mərtəbəli
yeni korpus inşa edilib. Yüz çarpayılıq Mərkəzdə
100-ə yaxın uşaq
tibbi xidmətlərdən
yararlanır. Valideyn himayəsindən
məhrum olan 24 uşaq isə stasionar şəraitdə
uşaq evi şöbəsində müalicə
alır.
Uşaq Psixonevroloji
Mərkəzin yeni inşa edilən korpusu ilə tanışlıqdan sonra Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə müalicə
alan uşaqlarla
birgə qarşıdan
gələn 31 dekabr -Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il bayramlarını qeyd etdilər.
Burada uşaqların iştirakı
ilə Yeni ilə həsr edilən səhnəcik təqdim olundu.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 31 dekabr.- S.4.