Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq arenada Sizin nüfuzunuz çox böyükdüröz miqyasına görə o, vətəninizdə qazandığınız nüfuzdan heçgeri qalmır. Siz dərin zəkalı və uzaqgörən siyasi xadim, dünyada suveren Azərbaycanın müsbət obrazının formalaşması və hörmət qazanması, dövlətin sosial-iqtisadi, mədəni və humanitar inkişafı, azərbaycanlıların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi üçün çox işlər görmüş nüfuzlu dövlət xadimisiniz. Dahi atanızın, xalqınızın ümummilli lideri Heydər Əliyevin layiqli varisionun müdrik siyasətinin davamçısı kimi Azərbaycan bayrağını qürurla və şərəflə daşıyır, vətənin firavanlığı naminə öz müqəddəs borcunuzu dönmədən yerinə yetirir, yeni böyük sanballı uğurlar qazanırsınız.

Siz ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmləndirilməsi üçün ölçüyəgəlməz dərəcədə çox görürsünüz, buna görə hər cür təşəkkürə və alqışa layiqsiniz.

Şəxsən bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm, bu ünsiyyətin gələcəkdə də davam edəcəyinə ümidvaram.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı, səadət, firavanlıq, ali dövləti fəaliyyətinizdə və əlbəttə ki, şəxsi həyatınızda Sizə, səmimi, möhkəm ailənizə uğurlar diləyirəm.

Hörmətlə,

 

Leonid Slutski

Rusiya Federasiyası Dövlət Dumasının

Beynəlxalq məsələlər komitəsinin sədri

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.5.