Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimizi yüksək diqqətinizə çatdırırıq.
Sizin rəhbərliyinizlə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə, o cümlədən, türk dünyasında böyük nüfuz qazanmış bir dövlətə çevrilmişdir.
Bu nailiyyətlər Azərbaycanın türk dünyasındakı yüksək mövqeyini parlaq şəkildə ifadə edir. Zati-alinizin təşəbbüsü ilə türkdilli xalqların mədəni irsinin qorunması və təbliği kimi mühüm missiya beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna həvalə olunmuşdur və bu ilin oktyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində təşkilatın yeni binasının açılışı Sizin dəstəyinizi bir daha nümayiş etdirdi. Bu dəstəyiniz türk dünyasının maddi və mənəvi dəyərlərinin mühafizə edilməsi, dünyada tanıdılması, eləcə də bu dəyərlərin gənc nəsillərə aşılanması istiqamətindəki fəaliyyəti daha böyük layihə və proqramlar vasitəsilə həyata keçirməyimiz üçün böyük stimul yaradır.
Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayırıq.
Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.
Dərin hörmətlə,
Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun
prezidenti
Azərbaycan.- 2019.- 25 dekabr.-
S.5.