Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin Azərbaycanın rifahı naminə gündəlik fəaliyyətinizin bəhrələri ən yüksək qiymətə layiqdir. Respublika Sizin rəhbərliyinizlə uğurla inkişaf edir, onun vətəndaşları isə gələcəyə inamla baxırlar. Beynəlxalq arenada Azərbaycanın nüfuzunun artması Sizin adınızla bağlıdır.
Hər il işgüzar və mədəni dairələrin, peşəkar idmançıların və sadə turistlərin yüz minlərlə nümayəndəsi Sizin ölkənizlə tanış olur və onun gözəl infrastrukturuna, qonaqpərvərlik ənənələrinə və ölkə tarixinə qayğıkeş münasibətə valeh olur.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Mixail Qutseriyev
“Safmar” qrupu Səhmdar
Cəmiyyətinin prezidenti,
Direktorlar Şurasının sədri
Azərbaycan.- 2019.- 25 dekabr.-
S.5.