Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin üçün bu əlamətdar gündə Sizə - təcrübəli dövlət xadiminə, Azərbaycan dövlətinin müstəsna istedadlı, praqmatik siyasi xadiminə və layiqli liderinə bir daha səmimi hörmət və minnətdarlığımı bildirmək istərdim.

Sizin müdrik, çoxşaxəli və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası güclü geosiyasi mərkəzə, həqiqi regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində xüsusi yerini tutub.

Biz, əslən Azərbaycandan olanlar İsraildə bu fakta görə çox fəxr edirik ki, Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olubbu gün də belədir. Məhz Sizin praqmatikmüdrik dövlətçilik fəaliyyətiniz sayəsində tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Multikulturalizmin Azərbaycan modeli millətçiliyin, şovinizmin, faşizminterrorizmin alternatividir.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti və İsrail xalqı şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, habelə yəhudi icmasına dünyada analoqu olmayan xüsusi qayğıkeş münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyinizə, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksəriyyətinin hörmətini qazanmısınız.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

 

Arye Qut

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin

İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,

"İsraildə Azərbaycan eviQeyri-Hökumət Təşkilatının icraçı direktoru

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.5.