2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 22/98

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 100.1-100.6-cı maddələrinin tələblərinə görə, səsvermə protokollarının hazırlanması qaydası, mətni forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) qərarı ilə səsvermə gününə ən geci 45 gün qalmış təsdiq edilməli həmin protokollar səsvermə gününə ən geci 30 gün qalmış müvafiq qaydada hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyasının 25 may 2015-ci il tarixli 10/89 10/90 saylı qərarları ilə təsdiq edilmiş müvafiq İzahlarla Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə dairə seçki komissiyalarının yekun protokolları nümunələrinin forma mətni müəyyən olunmuşdur.

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma mətninə, habelə seçki dairələrinin seçki məntəqələrinin sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə həmin komissiyaların hər biri üçün 30 ədəd nömrələnməmiş karbonlaşdırılmamış kağızdan Milli Məclisin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü 100-cü maddələrinə uyğun olaraq qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma mətninə uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə məntəqə seçki komissiyaları üçün onların sayına uyğun olaraq, habelə həmin komissiyaların hər biri üçün 30 ədəd nömrələnməmiş karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Milli Məclisin mətbəəsində mətbəə üsulu ilə hazırlansın.

2. Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə Milli Məclisin mətbəəsinə həvalə edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.12.2019

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.10.