2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 24 dekabr 2019-cu il tarixli 03 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 22/101

 

2019-cu il dekabrın 24-də keçirilən bələdiyyə seçkilərində 67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçici Tağıyev Oqtay Aslan oğlu 2019-cu il dekabrın 24-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək Sərhədabad bələdiyyəsi üzrə seçkilərin saxtalaşdırıldığını və seçkilərin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin 112.10-cu maddəsinə əsasən seçki komissiyasına seçkilərin gedişi zamanı səsvermə günüyaxud növbəti gün daxil olan şikayət üzrə qərar dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçici Tağıyev Oqtay Aslan oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2019-cu il tarixli 03 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.12.2019

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.10.