2019-cu il dekabrın 23-də
keçirilən bələdiyyə seçkilərində 24
dekabr 2019-cu il tarixli 05 saylı müraciətə
baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 22/103
2019-cu il dekabrın 23-də keçirilmiş
bələdiyyə seçkilərində
seçici Abbasov Bayram Aman oğlu
və müşahidəçi
Həsənov Vladdin Mehrac oğlu 2019-cu il dekabrın 24-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) müraciət
edərək 117 saylı
Oğuz - Qəbələ
seçki dairəsinin
33 saylı seçki məntəqəsində qanunsuzluqların
baş verməsini iddia edərək, iddia olunan qanunsuz
hərəkətlərin araşdırılmasını
və qanuna uyğun tədbirlərin görülməsini xahiş
etmişlər.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında
baxılmışdır.
Seçki Məcəlləsinin 112.10-cu maddəsinə
əsasən seçki
komissiyasına seçkilərin
gedişi zamanı səsvermə günü
və yaxud növbəti gün daxil olan şikayət
üzrə qərar dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
əsasən şikayət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7
və 8-ci bəndlərinə
əsasən qərara
alır:
1. 2019-cu il dekabrın 23-də keçirilən
bələdiyyə seçkilərində
seçici Abbasov Bayram Aman oğlu
və müşahidəçi
Həsənov Vladdin Mehrac oğlu tərəfindən 117 saylı
Oğuz - Qəbələ
seçki dairəsinin
33 saylı seçki məntəqəsində baş
verməsi iddia olunan qanun pozuntularına
dair Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2019-cu il tarixli 05 saylı müraciət araşdırılması
üçün aidiyyəti
üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.12.2019
Azərbaycan.- 2019.- 25 dekabr.- S.10.