2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 24 dekabr 2019-cu il tarixli 07 saylı
müraciətə baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 22/104
2019-cu il dekabrın 23-də keçirilmiş
bələdiyyə seçkilərində
Lənkəran rayonu Digah kənd sakini Qafarov Fədail Qafar oğlu 2019-cu il dekabrın 24-də teleqramla
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
müraciət edərək
73 saylı Lənkəran
şəhər seçki
dairəsi üzrə
Digah bələdiyyəsinə
seçki günü
çoxsaylı qanun pozuntularının baş
verdiyini, səsvermənin
Seçki Məcəlləsinin
tələblərinə zidd
keçirildiyini, səslərin
hesablanmadığını bildirmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında
baxılmışdır.
Seçki Məcəlləsinin 112.10-cu maddəsinə
əsasən seçki
komissiyasına seçkilərin
gedişi zamanı səsvermə günü
və yaxud növbəti gün daxil olan şikayət
üzrə qərar dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
əsasən şikayət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7
və 8-ci bəndlərinə
əsasən qərara
alır:
1. Lənkəran
şəhər sakini
Qafarov Fədail Qafar oğlunun 73 saylı Lənkəran şəhər seçki
dairəsindən Digah
bələdiyyəsi üzrə
səsvermə günü
baş verməsi iddia edilən qanun pozuntularına dair Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2019-cu il tarixli 07 saylı müraciəti araşdırılması
üçün aidiyyəti
üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.12.2019
Azərbaycan.- 2019.- 25 dekabr.- S.10.