2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 24 dekabr 2019-cu il tarixli 08 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 22/105

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Şixverdiyev İlahəddin Xaliddin oğlu 51 saylı Qusar seçki dairəsinin 54 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair 2019-cu il dekabrın 24-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsinin mövcud seçki məntəqəsində səslərin yenidən hesablanmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin 112.10-cu maddəsinə əsasən seçki komissiyasına seçkilərin gedişi zamanı səsvermə günüyaxud növbəti gün daxil olan şikayət üzrə qərar dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. Şixverdiyev İlahəddin Xaliddin oğlunun 51 saylı Qusar seçki dairəsinin 54 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin saxtalaşdırılmasına dair iddia edilən qanun pozuntuları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2019-cu il tarixli 08 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.12.2019

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.10.