“Azərbaycan Respublikasının
“Diaspor fəaliyyətində xidmətə
görə” medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 3 dekabr tarixli
1723-VQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının "Diaspor
fəaliyyətində xidmətə
görə” medalının
təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. "Diaspor fəaliyyətində xidmətə
görə” Azərbaycan
Respublikasının medalı
ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə
verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti "Azərbaycan
Respublikasının "Diaspor
fəaliyyətində xidmətə
görə” medalının
təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 29 dekabr.- S.2.