Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident.

Allahın salamı, mərhəməti, bərəkəti üzərinizdə olsun.

Mübarək doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizin uğurlu həyat yolunuz bizə qardaş olan ölkənizə xidmət yolunda çox böyük nümunədir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə xalqın rifahının yüksəldilməsinə, çox sürətli iqtisadisosial inkişafa nail olub.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və daha böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm. Allah Sizi qorusun.

Dərin hörmətlə,

 

Seyyid Mahmud Şərif

Misir Parlamentinin Birinci vitse-spikeri

 

Azərbaycan.- 2019.- 29 dekabr.- S.2.