2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin
yeri və vaxtı barədə
seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması,
sayı və hazırlanması qaydası haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 24/123
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.1-ci maddəsinə
əsasən məntəqə
seçki komissiyaları
səsvermənin yeri və vaxtı haqqında seçiciləri
xəbərdar etməlidirlər.
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının (Mərkəzi
Seçki Komissiyası)
2013-cü il 5 iyun tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
keçirilən seçkilərdə
(referendumda) səsvermənin
yeri və vaxtı barədə bildirişlərin seçicilərə
paylanması (çatdırılması)
Qaydaları”nın 2.1-ci bəndinə
uyğun olaraq bildirişin mətni, forması, sayı və hazırlanmasına dair tələblər Mərkəzi Seçki Komissiyasının qərarı
ilə səsvermə
gününə ən
azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş
formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.
Ona görə də seçicinin soyadı, adı, atasının adı ilə yanaşı özünün və səs verəcəyi seçki məntəqəsinin
ünvanı haqqında,
səsvermənin yeri və vaxtı, səsvermə prosesində
istifadə edilən şəxsiyyəti təsdiq
edən sənədlərin
siyahısı, səsvermə
qaydaları və s. bu kimi maarifləndirmə
xarakterli məlumatları
da özündə əks etdirən bildiriş nümunəsinin
hər bir seçicinin ünvanına
çatdırılması üçün respublika üzrə daimi seçici siyahılarına
daxil edilmiş seçicilərin sayı
nəzərə alınmaqla
həmin saydan təqribən 3% artıq olmaqla Azərbaycan Respublikası Milli Məclisinin (Milli Məclis) mətbəəsində
mətbəə üsulu
ilə hazırlanması
məqsədəmüvafiqdir.
Mərkəzi Seçki
Komissiyası yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 104.1-ci maddələrinə
və yuxarıda göstərilən Qaydaların
2.1-ci bəndinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə səsvermənin
yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına
dair bildirişin mətni və forması təsdiq edilsin.
2. Səsvermənin
yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına
dair bildirişlərin
sayı 5 375 967 (beş milyon üç yüz yetmiş beş min doqquz yüz altmış yeddi) ədəd müəyyən
edilərək Milli Məclisin mətbəəsində
mətbəə üsulu
ilə hazırlansın.
3. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
28.12.2019
Azərbaycan.- 2019.- 29 dekabr.-
S.5.