2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 26 dekabr 2019-cu il tarixli 24 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 24/124

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Tovuz rayonu Dondar Quşçu kənd sakini Quliyev Telman Avıl oğlu digərləri 2019-cu il dekabrın 26-da teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək səsvermə günü 104 saylı Gədəbəy - Tovuz seçki dairəsinin 51 52 saylı seçki məntəqələrində seçkilərin saxtalaşdırıldığını iddia etmiş, hər iki seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müraciətin aidiyyət qaydalarının pozulması ilə daxil olmasına dair rəy verilmiş Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə səsvermə günü seçki məntəqələrində iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Tovuz rayonu Dondar Quşçu kənd sakini Quliyev Telman Avıl oğlu digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2019-cu il tarixli 24 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün 104 saylı Gədəbəy - Tovuz seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

28.12.2019

 

Azərbaycan.- 2019.- 29 dekabr.- S.5.