2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 22 saylı müraciətin
araşdırılması müddətinin uzadılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 24/125
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin Ağdaş bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Cavadov Təyyar Cavad oğlu və İsmayılov Asəf Pənah oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək müraciətə əlavə etdikləri 8 və 10 saylı seçki məntəqələri üzrə məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokollarının seçki məntəqəsindən götürdükləri surətinin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş etmişlər.
Müraciətin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir.
Müraciətlə bağlı əlavə araşdırmanın zəruri olması ilə əlaqədar ekspert qrupunun üzvü tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırılmışdır.
Vəsatət əsaslı olduğundan təmin edilməli, əlavə araşdırma aparılması üçün müraciətə baxılmasının müddəti 3 gün uzadılmalıdır.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın
9.6-cı bəndinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 22 saylı müraciətin araşdırılması müddəti 3 gün uzadılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
28.12.2019
Azərbaycan.- 2019.- 29 dekabr.- S.5.