2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 25 dekabr 2019-cu il tarixli 21 saylı
müraciətə baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 24/128
2019-cu il dekabrın 23-də keçirilmiş
bələdiyyə seçkilərində
69 saylı Cəlilabad-Masallı-Biləsuvar
seçki dairəsinin
Ağdaş bələdiyyəsi
üzvlüyünə qeydə
alınmış namizədlər
İsmayılov Asəf
Pənah oğlu, Mirzəyev Abuzər Miri oğlu, Cavadov Təyyar Cavad oğlu, İsmayılov Rafiq Manaf oğlu, Məmmədov Nadir Murad oğlu, Hüseynov Dilavər Mədət oğlu və Vəliyev Ələddin İmaməli oğlu Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
teleqramla müraciət
edərək 9 və
11 saylı seçki məntəqələrində səsvermə
günü qanun pozuntularına yol verildiyini, 8 və 10 saylı seçki məntəqələrində isə
məntəqə seçki
komissiyasının səsvermənin
nəticələrinə dair
protokollarında saxtakarlığa
yol verildiyini iddia edərək müvafiq tədbir görülməsini xahiş
etmişlər.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
müraciətin 9 və
11 saylı seçki məntəqələrinə münasibətdə
aidiyyət qaydalarının
pozulması ilə daxil olduğundan aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilməsinə
dair rəy verilmiş, 8 və 10 saylı seçki məntəqələrinə aid hissədə isə araşdırılma müddətinin
uzadılması barədə
vəsatət qaldırılmış
və Mərkəzi Seçki Komissiyasının
iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə səsvermə
günü seçki
məntəqələrində iddia olunan qanun
pozuntuları ilə bağlı müraciətlər
ilkin olaraq dairə seçki komissiyasına verilməli,
həmin müraciət
üzrə dairə seçki komissiyasının
qəbul etdiyi qərardan, hərəkət
(hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə
görə müraciət
aidiyyət qaydalarının
pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Seçki Məcəlləsinin 112-1.10-cu maddəsinə
və "Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə
uyğun olaraq müraciətin əlavə
araşdırılması üçün
zərurət olduqda ekspert qrupunun üzvü araşdırma
müddətinin uzadılması
barədə vəsatət
qaldırmalıdır.
Göstərilənlərə əsasən
müəyyən edilir
ki, müraciətin 9 və 11 saylı seçki məntəqələrinə
aid hissədə aidiyyəti
üzrə araşdırılması
üçün dairə
seçki komissiyasına
göndərilməsi, 8 və
10 saylı seçki məntəqələrinə aid hissədə isə araşdırılma müddətinin
uzadılması üçün
hüquqi əsaslar vardır.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat”ın
1, 2, 4, 6, 7, 8-ci və 9.6-cı bəndinə əsasən
qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirilmiş
bələdiyyə seçkilərində
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 21 saylı
müraciət 9 və
11 saylı seçki məntəqələrinə aid hissədə aidiyyəti üzrə araşdırılması
üçün 69 saylı
Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin,
8 və 10 saylı seçki məntəqələri
üzrə müraciətin
araşdırılması müddəti
3 gün uzadılsın.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
28.12.2019
Azərbaycan.- 2019.- 29 dekabr.-
S.5.