2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 23 saylı müraciətin araşdırılması müddətinin uzadılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 24/131

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 67 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəngan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Ağayev Qadir Hacıağa oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək müraciətə əlavə etdiyi 26 saylı seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokolunun surətinin araşdırılmasını müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciətin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir.

Müraciətlə bağlı əlavə araşdırmanın zəruri olması barədə, ekspert qrupunun üzvü tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.10-cu maddəsinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırılmışdır.

Vəsatət əsaslı olduğundan təmin edilməli, əlavə araşdırma aparılması üçün müraciətə baxılmanın müddəti 3 gün uzadılmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci 112-1.10-cu maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 23 saylı müraciətin araşdırılma müddəti 3 gün uzadılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

28.12.2019

 

Azərbaycan.- 2019.- 29 dekabr.- S.5.