Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz hələ gəncsiniz, ona görə yəqin düşünürsünüz ki, həyatda ən mühüm zəfərlər hələ irəlidədir. Siz müdrik insansınız, ona görə də yəqin bilirsiniz ki, insanın yaşı onun yaşadığı illərlə deyil, gördüyü işlərlə müəyyən olunur.

Buna görə arzu edirəm ki, Siz həyatınızın istənilən anında həm keçmişə nəzər salanda, həm də irəliyə baxanda həqiqətən intəhasız məkanlar görə biləsiniz. Bu məkanlar sevdiyiniz insanlara və yaxınlarınıza görə fərəh, ölkənizin qayğıları və onun qələbələrinə görə qürur hissi ilə dolu olsun.

Hörmətlə,

 

Leonid Kuçma

Ukraynanın sabiq Prezidenti (1994-2005)

 

Azərbaycan.- 2019.- 31 dekabr.- S.3.