“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin
fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
504 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli
111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan
Respublikası İqtisadiyyat
Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
28 dekabr tarixli 504 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 2, maddə
118; 2016, ¹ 5, maddə 862, ¹ 8, maddələr 1373, 1384; 2017, ¹ 1, maddə 46, ¹ 7, maddə
1345, ¹ 12 (I kitab), maddə
2340; 2018, ¹ 10, maddə 2010, ¹ 11, maddə 2287, ¹ 12 (I kitab), maddə 2603; 2019, ¹ 4, maddə
644, ¹ 6, maddə 1031) 1-ci və
2-ci hissələri ləğv
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət
Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin əsasnamələrinin
layihələrini iki
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.5. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 31 dekabr.-
S.5.