Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturunda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 411, ¹ 8, maddə 680; 2007, ¹ 6, maddə 602, ¹ 8, maddə 770, ¹ 10, maddə 947; 2008, ¹ 7, maddə 612, ¹ 11, maddələr 967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə 688, ¹ 9, maddə 855; 2013, ¹ 2, maddə 114, ¹ 6, maddə 651, ¹ 9, maddələr 1060, 1061; 2016, ¹ 3, maddə 436; 2017, ¹ 10, maddə 1781; 2018, ¹ 2, maddə 217, ¹ 5, maddə 932, ¹ 10, maddə 1990) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsinin birinci, ikinci üçüncü bəndləri ləğv edilsin.

2. "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2575; 2019, ¹ 6, maddə 1012; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 894 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyi onun şöbələri, Respublika Gigiyena Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları profilaktik dezinfeksiya şöbələri, Bakı Şəhər Dezinfeksiya Stansiyası onun bölmələri, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi onun filialları, Milli Onkologiya Mərkəzi onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya şöbələr, İctimai Səhiyyə İslahatlar Mərkəzi, Respublika QİÇS- Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları mərkəzləri, ailə nikah məsləhətxanaları, "Tibbqəzeti, "Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, Analitik Ekspertiza Mərkəzi, "AzərtibbtəchizatMəhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti, İnformatika Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, İnnovasiya Təchizat Mərkəzi, psixiatrik narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin.”;

2.2. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

"3.6. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin "Publik hüquqi şəxslər haqqındaAzərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların digər ödənişlərin) təsdiqi istisna olmaqla) TƏBİB həyata keçirir;”;

2.3. Aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

"3.7. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin "Publik hüquqi şəxslər haqqındaAzərbaycan Respublikası Qanununun 8.2.4-cü maddəsində qeyd olunan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların digər ödənişlərin) təsdiqinə münasibətdə) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.”;

2.4. 6.5.7-ci yarımbənddə "müəssisələrdə” sözü "tibb müəssisələrində” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə” sözləri çıxarılsın.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 31 dekabr.- S.5.