“Patent
haqqında”, “Reklam haqqında”,
“Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” və
“Texniki təhlükəsizlik haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu, 11-ci, 13-cü, 20-ci və 26-cı bəndlərini rəhbər
tutaraq, "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının
2018-ci il 18 may tarixli 1143-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Patent haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
414; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 2, maddə 64; 2009, ¹ 12, maddə
951; 2012, ¹ 7, maddə 644; 2013, ¹ 3, maddə 211, ¹ 12, maddə
1481; 2018, ¹ 4, maddə 635) 2-ci maddəsinin mətni 2.1-ci
maddə hesab edilsin və aşağıdakı məzmunda
2.2-ci maddə əlavə
edilsin:
"2.2. Ələt
azad iqtisadi zonasında ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması,
hüquqi mühafizəsi
və istifadəsi ilə əlaqədar yaranan münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 2. "Reklam
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 7, maddə 812; 2016, ¹ 11, maddə 1755, ¹ 12, maddə
1996; 2017, ¹ 3, maddə 334, ¹ 5, maddələr 675, 748, ¹ 6, maddə
1029, ¹ 7, maddə 1307, ¹ 12, I kitab, maddə 2230) aşağıdakı məzmunda
1.3-cü maddə əlavə
edilsin:
"1.3. Ələt
azad iqtisadi zonasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 3. "Sahibkarlıq
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə
1013; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 1, maddə 6, ¹ 3, maddə
226, ¹ 4, maddə 280; 2000, ¹ 7, maddə 489; 2001, ¹ 11, maddə
686, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddələr 241, 248; 2003, ¹ 1, maddələr
1, 16, ¹ 12, I kitab, maddə
673; 2006, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745, ¹ 10, maddə
938; 2008, ¹ 2, maddə 49, ¹ 5, maddə 348; 2010, ¹ 4, maddə
276; 2013, ¹ 11, maddə 1283; 2014, ¹ 4, maddə 333, ¹ 10, maddə
1156; 2016, ¹ 12, maddə 2014; 2017, ¹ 6, maddə 1057; 2018, ¹ 2, maddə
156) 2-ci maddəsinə aşağıdakı
məzmunda 4-cü hissə
əlavə edilsin:
"4. Ələt
azad iqtisadi zonasında sahibkarlıqla
bağlı münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 4. "Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 8, maddə 890; 2016, ¹ 3, maddə 428, ¹ 11, maddə
1768, ¹ 12, maddə 2016; 2017, ¹ 5, maddə 739; Azərbaycan Respublikasının 2018-ci il
1 oktyabr tarixli 1247-VQD nömrəli və 12 oktyabr tarixli 1269-VQD nömrəli qanunları)
aşağıdakı məzmunda
2.2-2-ci maddə əlavə
edilsin:
"2.2-2. Ələt
azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan
yoxlamalar "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 5. "Texniki
təhlükəsizlik haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 2, maddə
81; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 11, maddə
957; 2014, ¹ 4, maddə 332, ¹ 10, maddə 1167; 2017, ¹ 5, maddə
721) aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambulanın
ikinci hissəsinə
"Azərbaycan Respublikası
ərazisində” sözlərindən
sonra "(Ələt
azad iqtisadi zonasının ərazisi istisna olmaqla)” sözləri əlavə
edilsin;
1.2. 4-cü maddəyə
aşağıdakı məzmunda
3-cü hissə əlavə
edilsin:
"3. Ələt
azad iqtisadi zonasında texniki təhlükəsizlik sahəsində
münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 1 fevral.-
S.1.