“Elektron ticarət haqqında”,
“Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında”, “Haqsız rəqabət
haqqında”, “Xarici investisiyanın
qorunması haqqında” və “İcarə haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
12-ci, 13-cü, 15-ci və 26-cı bəndlərini rəhbər
tutaraq, "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının
2018-ci il 18 may tarixli 1143-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Elektron
ticarət haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 7, maddə
564; 2016, ¹ 12, maddə 2052) aşağıdakı
məzmunda 2.4-cü maddə
əlavə edilsin:
"2.4. Ələt
azad iqtisadi zonasında elektron ticarətin təşkili və həyata keçirilməsi ilə bağlı münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 2. "Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 8, maddə 485; 2004, ¹ 7, maddə 505; 2009, ¹ 5, maddə
296; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 645; 2013, ¹ 12, maddə
1482; 2018, ¹ 4, maddə 636) 2-ci maddəsinə aşağıdakı
məzmunda üçüncü
hissə əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında əmtəə
nişanları və
coğrafi göstəricilər
sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 3. "Haqsız
rəqabət haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 23-24, maddə
366; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 11, maddələr 683, 686; 2004, ¹ 2, maddə 57; 2015, ¹ 4, maddə
370; 2017, ¹ 7, maddə 1260) preambulasının
ikinci hissəsində
"ərazisində” sözündən
sonra "(Ələt
azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilsin.
Maddə 4. "Xarici
investisiyanın qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992, ¹ 4, maddə 81, ¹ 7, maddə
171; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 3, maddə 226; 2001, ¹ 6, maddə 360, ¹ 11, maddə
683, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddələr 1, 3; 2005, ¹ 8, maddə
684; 2007, ¹ 5, maddə 401, ¹ 10, maddə 938, ¹ 11, maddə
1053; 2010, ¹ 4, maddə 276) 1-ci maddəsinin mətni 1.1-ci
maddə hesab edilsin və aşağıdakı məzmunda
1.2-ci maddə əlavə
edilsin:
"1.2. Ələt
azad iqtisadi zonasında xarici investisiyaların qorunması
sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 5. "İcarə
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992, ¹ 9, maddə 221, ¹ 17, maddə
736; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 3, maddə 226; 1999, ¹ 1, maddə 8; 2001, ¹ 11, maddə
683; 2002, ¹ 5, maddə 241, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə
16; 2017, ¹ 6, maddə 1057; 2018, ¹ 7, I kitab, maddə 1420) 2-ci maddəsinə aşağıdakı
məzmunda üçüncü
hissə əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında icarə münasibətləri "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 1 fevral.- S.2.