“İcbari
sığortalar haqqında”,
“İxrac nəzarəti
haqqında”, “İnvestisiya
fəaliyyəti haqqında”,
“Kommersiya sirri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu, 15-ci, 25-ci, 26-cı və 27-ci bəndlərini rəhbər
tutaraq, "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının
2018-ci il 18 may tarixli
1143-VQ nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "İcbari
sığortalar haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 9, maddə
788; 2013, ¹ 7, maddə 776; 2014, ¹ 7, maddə 778, ¹ 12, maddə
1523; 2016, ¹ 2, I kitab, maddə
185, ¹ 3, maddə 414; 2017, ¹ 2, maddə 149, ¹ 7, maddə
1287) 2-ci maddəsinin mətni
2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda
2.2-ci maddə əlavə
edilsin:
"2.2. Ələt
azad iqtisadi zonasında icbari sığortalar sahəsində
münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 2. "İxrac
nəzarəti haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 12, maddə
975) aşağıdakı məzmunda 3.3-cü maddə
əlavə edilsin:
"3.3. Ələt
azad iqtisadi zonasında ixrac nəzarəti sahəsində
münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 3. "İnvestisiya
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 17-18, maddə
275; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 6, maddə 360, ¹ 11, maddə
683, ¹ 12, maddə 736; 2002, ¹ 1, maddə 11, ¹ 5, maddə
241; 2003, ¹ 1, maddə 1; 2004, ¹ 4, maddə 202; 2007, ¹ 10, maddə
938) 5-ci maddəsinə aşağıdakı
məzmunda üçüncü
hissə əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında investisiya fəaliyyətinin həyata
keçirilməsi ilə
bağlı münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 4. "Kommersiya
sirri haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
741; 2004, ¹ 12, maddə 973; 2006, ¹ 11, maddə 932; 2012, ¹ 7, maddə
650; 2016, ¹ 12, maddə 2004; 2017, ¹ 12, I kitab, maddə 2224) 1-ci maddəsinin adında
"məqsədi” sözü
"tətbiq sahəsi”
sözləri ilə əvəz edilsin və aşağıdakı
məzmunda 1.4-cü maddə
əlavə edilsin:
"1.4. Ələt
azad iqtisadi zonasında kommersiya sirri ilə əlaqədar yaranan münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 5. "Qrant
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 6, maddə 366; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 12, maddə
706; 2003, ¹ 1, maddə 1; 2009, ¹ 8, maddə 611; 2013, ¹ 3, maddə
215; 2014, ¹ 2, maddə 82, ¹ 11, maddə 1369; 2017, ¹ 3, maddə
335) preambulasında "Azərbaycan
Respublikasında” sözlərindən
sonra "(Ələt
azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 1 fevral.- S.3.