“Auditorun
peşə məsuliyyətinin icbari
sığortası haqqında”, “Əmanətlərin
sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və
“İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu, 15-ci və 27-ci bəndlərini
rəhbər tutaraq,
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Auditorun
peşə məsuliyyətinin
icbari sığortası
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 8, maddə 747; 2008, ¹ 11, maddə 960; 2015, ¹ 4, maddə
350; 2016, ¹ 3, maddə 418) aşağıdakı
məzmunda 2.3-cü maddə
əlavə edilsin:
"2.3. Ələt
azad iqtisadi zonasında auditorun peşə məsuliyyətinin
icbari sığortası
sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 2. "Əmanətlərin
sığortalanması haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 2, maddə
79; 2009, ¹ 6, maddə 400, ¹ 7, maddə 517; 2016, ¹ 3, maddələr
394, 421; 2017, ¹ 7, maddə 1310) 1-ci maddəsinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında əmanətlərin
sığortalanması sahəsində
münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 3. "Əmanətlərin
tam sığortalanması haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 3, maddə
395) 6-cı maddəsinin mətni
6.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda
6.2-ci maddə əlavə
edilsin:
"6.2. Ələt
azad iqtisadi zonasında əmanətlərin
tam sığortalanması sahəsində
münasibətlər "Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 4. "İstehlakçıların
hüquqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1995, ¹ 23-24, maddə 368; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 11, maddələr
676, 683, 686; 2002, ¹ 5, maddə 241; 2003, ¹ 1, maddə 1; 2004, ¹ 1, maddə
6, ¹ 2, maddə 57; 2005, ¹ 8, maddə
684, ¹ 12, maddə 1083; 2007, ¹ 8, maddə 745; 2011, ¹ 11, maddə
984; 2012, ¹ 9, maddə 842; 2014, ¹ 10, maddə 1157; 2017, ¹ 5, maddə
722; 2018, ¹ 6, maddə 1169) 2-ci maddəsinə aşağıdakı
məzmunda üçüncü
hissə əlavə edilsin:
"Ələt
azad iqtisadi zonasında istehlakçıların
hüquqlarının müdafiəsi
sahəsində münasibətlər
"Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2019.- 1 fevral.-
S.3.