Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlarla görüş olub

 

Yanvarın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Respublikası Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

YAP sədrinin müavini-icra katibi, Əli Əhmədov bu görüşün partiyanı parlamentdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Ötən ilin ölkəmiz üçün uğurlu olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı dəyərləndirmələri bütövlükdə ötən ilin yekunlarına verilən ən düzgün və əhatəli qiymətdir. Dövlətimizin başçısı, həmçinin 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini geniş şəkildə ifadə etdi.

Daha sonra Əli Əhmədov qarşıda duran vəzifələrdən danışıb.

 

Azərbaycan.- 2019.- 1 fevral.- S.3.