Konstitusiya Məhkəməsi
Palatasının növbəti
iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası
keçirilib.
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
iclasda Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə
və "Konstitusiya Məhkəməsi haqqında”
Qanunun 7.1-ci maddəsinə
əsasən, Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
128-ci maddəsinin şərh
edilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin müraciətinə
baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı
ilə Konstitusiya Məhkəməsi Plenumunun
fevralın 28-nə təyin
edilmiş iclasında
baxılacaq.
Azərbaycan.- 2019.- 1 fevral.- S.3.