Azərbaycan naminə
Təsadüfi deyil ki, bu gün ölkədə bir çox insanlar artıq gənclik yaşlarından nailiyyətlərə imza atmaq, uğurlu gələcəyin yollarını müəyyənləşdirmək imkanı əldə edirlər. Özünün ictimai, sosial məsuliyyətli fəaliyyəti ilə tanınan, daim sağlam həyat tərzini təbliğ edən, uğurlu iş adamı kimi innovativ biznes layihələrinin müəllifi olan Tamerlan Vahabovun həyat yolu bu baxımdan diqqəti cəlb edir.
Fəaliyyəti konkret bir sahəni və ya bir coğrafi məkanı əhatə etməyib. Özünün dediyi kimi, ömür yolunu macəra dolu həyat da adlandırmaq olar. Onu həm də tez-tez hərbçilər arasında, cəbhə xəttində görmək olar. Çünki vətənpərvərlik ideyalarının təbliği, dövlətçiliyə və milli maraqlara sədaqət ictimai fəaliyyətinin əsas qayəsidir. İdman isə həyatının ayrılmaz hissəsidir. Nəhayət, paraşütlə tullanmaq ən sevimli hobbisidir.
Tamerlanın həyat hekayəsi, təcrübəsi, qarşıya qoyulan məqsədlərə çatmaq üçün mübarizəsi, hər addımda vətənpərvər olmağı aşılayan ictimai və sosial fəaliyyəti gənclər üçün nümunədir. Bu həyat hekayəsini onun öz dilindən eşidək:
- Müasir dövrdə gənclərlə iş sahəsində qazanılan uğurlar dövlətlərin inkişaf səviyyəsini müəyyənləşdirən əsas meyarlardan sayılır. Bu reallığı düzgün dəyərləndirən Prezident İlham Əliyev gənclərə hər zaman malik olduqları qabiliyyət və intellektual imkanların reallaşmasına geniş meydan verilməsini vacib sayır. Dövlət başçısının bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin məntiqi davamı kimi təqdirəlayiqdir.
Polis Akademiyası mənə dövləti sevməyi
öyrətdi
Tamerlan Vahabov deyir ki, hələ uşaqlıq yaşlarından onda gələcəkdə zabit olmaq həvəsi olub...
-Çünki babam da, atam da hərbçi
kimi zabit olublar. Bu mənada onların
keçdiyi həyat yolu məni də gələcəkdə
zabit olmağa həvəsləndirirdi. Buna
görə hələ məktəb illərindən dərslərimə
diqqətlə yanaşır, idmana xüsusi diqqət
yetirirdim. Tale elə gətirdi ki, zabit kimi
daxili işlər orqanlarında fəaliyyət göstərməli
oldum. Orta məktəbi bitirdikdən sonra sənədlərimi
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına verdim və
imtahanda uğurlu nəticə göstərərək bu təhsil
ocağına qəbul olundum.O zaman Polis Akademiyasına daxil
olmaqla həyatımda ən böyük arzuma çatdım.
Həm də orta məktəbi bitirən bir gənc
üçün ali məktəbə qəbul
olunmaqdan başqa nə arzu ola bilərdi?! Bu, mənim
bir gənc olaraq, həyatımda müstəqil olaraq əldə
etdiyim ilk böyük uğurum idi. Polis
Akademiyasına daxil olmaqla həm də əmin oldum ki, əzm
və iradə olan yerdə insan qarşısına qoyduğu
məqsədlərə çata bilər və ilk uğurum həyatımın
sonrakı illərinə daim işıq saldı. Polis Akademiyasındakı illər mənə ölkəmizi,
müstəqilliyimizi necə qorumağı, dövlətin və
dövlətçiliyin nə olduğunu öyrətdi.
2002-ci ildə Polis
Akademiyasını leytenant rütbəsində
hüquqşünas ixtisası ilə bitirdim. Bir müddət
daxili işlər orqanlarında narkotiklərlə mübarizə
sahəsində fəaliyyət göstərdim. Daha sonra Fransanın Lion şəhərində
İnterpolun Baş Katibliyində işə qəbul olundum.
Bu beynəlxalq təşkilatın Antiterror layihəsinin
əlaqələndiricisi vəzifəsinə təyinat
aldım. DİN rəhbərliyi tərəfindən
diqqət və qayğı göstərilib mənə
növbədənkənar polis kapitanı rütbəsi verildi
və Fransaya yola salındım.Cəmi 23 yaşımda
İnterpolda işə qəbul olunmaq mənim gələcək
karyeramda olduqca mühüm addım idi. Çünki
nüfuzlu bir beynəlxalq təşkilatda fəaliyyət
göstərməyə başlamışdım.
Daxili işlər
orqanlarından diplomatiyaya
İnterpoldakı fəaliyyəti
başa çatdıqdan sonra Tamerlan Vahabov Azərbaycana
qayıdır.
Beynəlxalq təşkilatdakı iş təcrübəsi nəzərə
alınaraq Xarici İşlər Nazirliyində yeni işə
başlayır:
- Bununla da həyatımda tamamilə
yeni mərhələ başladı. Çünki
artıq dövlətə xidmətim diplomat kimi
başlandı. Düzdür, mənim
üçün bu karyera dəyişikliyi, bir sahədən
tamamilə fərqli fəaliyyət növünə
transformasiya elə də asan olmadı. Hətta
deyərdim ağrılı oldu. Çünki
mən bununla uşaqlıq arzumun üstündən xətt
çəkməli oldum, polis zabiti kimi fəaliyyətimlə
vidalaşdım. Amma gənclik illərində
karyerada sonluq həm də yeniliyin başlanğıcı
olur. Mənə təsəlli verən o idi ki, yenə də
vətənə xidmət edirdim, amma diplomat kimi...
Beləliklə, 2007-ci ildən
Xarici İşlər Nazirliyində ABŞ istiqaməti üzrə
kurator vəzifəsinə təyin olundum. Əsas vəzifəm
enerji təhlükəsizliyi və ABŞ Konqresi ilə əlaqələr
sahəsində Xarici İşlər Nazirliyinin həyata
keçirdiyi fəaliyyətə, xarici işlər naziri ilə
ABŞ səfiri arasındakı danışıqlardan
sonrakı məsələlərin işçi qrupu
qaydasında müzakirəsinə rəhbərlik etmək idi.
Hesab edirəm ki, bu vəzifə mənim yeni həyat
təcrübəmin formalaşmasında mühüm rol
oynadı. Polis Akademiyasının mənə
nə öyrətdiyini əvvəldə qeyd etdim. Xarici İşlər Nazirliyindəki fəaliyyətim
isə mənim üçün mükəmməl diplomatiya məktəbi
oldu. Bu vəzifədə Azərbaycanın
milli maraqlarını beynəlxalq səviyyədə necə
müdafiə etməyi öyrəndim.
Lakin tədricən təhsilimi
də davam etdirməyə ehtiyac duyurdum. Xarici İşlər
Nazirliyində çalışaraq həm də ABŞ Hərbi
Dəniz Qüvvələrinin ali məktəbinə
qəbul olundum. Bu ali məktəbi bitirən
ilk azərbaycanlı məzun oldum və müdafiə məsələlərinin
planlanması üzrə magistr dərəcəsi aldım. Amma bununla da kifayətlənmək istəmədim.
Daha yeni biliklərə yiyələnmək həvəsi sanki
məni zorla ali təhsilimi davam etdirməyə
sürükləyirdi. Və bu da nəticə
etibarilə Xarici İşlər Nazirliyindəki işimə
son qoymağımla nəticələndi. Çünki
ABŞ-ın Corctaun Universitetinə daxil olmuşdum və buna
görə bir müddət ABŞ-da yaşamalı oldum.
Bu ali məktəbi də uğurla başa
vuraraq iqtisadiyyat və beynəlxalq münasibətlər
üzrə magistr dərəcəsinə yiyələndim.
Beləliklə, 2007-2011-ci
illərdə ABŞ-da təhsil alaraq iki magistr dərəcəsi
aldım. ABŞ-da yaşayarkən bir müddət
Vaşinqtondakı Atlantik Şura Strateji Araşdırmalar Mərkəzində
Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə,
enerji təhlükəsizliyi və iqtisadi risklər üzrə
layihə əlaqələndiricisi kimi fəaliyyət göstərdim.
O zaman Qara dəniz və Xəzər dənizi hövzəsi
üzrə enerji təhlükəsizliyi məsələləri,
xüsusən Cənubi Qafqaz ixrac dəhlizi çox aktual idi.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars neft-qaz kəmərləri
cəmi bir neçə il idi ki, istifadəyə
verilmişdi. Regionda karbohidrogen ehtiyatların
ixracı sahəsində yeni vəziyyət
yaranmışdı. Biz əsasən
ABŞ-ın da dəstək verdiyi bu məsələləri,
bu hövzədə yerləşən ölkələrdə
enerji təhlükəsizliyi ilə bağlı görülən
işləri təhlil edirdik. Eyni zamanda
müxtəlif tədbirlər keçirirdik.
Bütün bu məsələlərə dair mənim
"Washington Post”, "Washington Times”, "Jamestown”, "New
Europe” kimi nüfuzlu mətbu orqanlarda məqalələrim dərc
olunub.Təbii ki, bu zaman qarşımda duran ən ümdə
vəzifə Azərbaycan dövlətinin enerji təhlükəsizliyinə
verdiyi töhfələri təbliğ etmək idi. Hesab edirəm ki, qısa müddətdə olsa da, mən
Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə
çatdırılması işinə töhfə verə
bildim.
Sahibkarlıq məhsuluna
çevrilən həyat təcrübəsi və təhsil
ABŞ-dan sonra Tamerlan Vahabov
bir müddət Ukraynada dərc olunan "Kyiv weekly” qəzetinin
kommersiya direktoru vəzifəsində çalışır,
Kiyevdə özünün biznesini qurur. Amma əsas məqsədi
sürətlə dəyişən və inkişaf edən
indiki dövrdə həyat təcrübəsini və təhsildə
qazandıqlarını biznes sferasında tətbiq etmək
idi:
- Fikir verirsinizsə, fəaliyyət
göstərdiyim sahələrin hamısı bir-biri ilə
uzlaşır: təhlükəsizlik sahəsi, diplomatiya və
beynəlxalq fəaliyyət. Sonrakı dövrdə
topladığım həyat təcrübəsini
sahibkarlıq məhsuluna çevirməyi qərara aldım.
Bu mənada sahibkarlıq fəaliyyətim
keçmiş təcrübəmə və təhsilimə
uyğundur. Hazırda təsisçisi
olduğum "Ivy Group” şirkəti Azərbaycanla
yanaşı, Ukraynada və Çexiyada fəaliyyət
göstərir. Şirkətin fəaliyyəti 3 istiqamətdə
qurulub: informasiya texnologiyalarının tətbiqinə dəstək,
islahatlara dəstək və təhsil layihələrinin həyata
keçirilməsi. Hazırda "Ivy
Group”ölkəmizdədövlət sektorunda biznes-texnologiya
islahatlarında, o cümlədən hüquq mühafizə
sahəsindəki islahat proseslərində iştirak edir,
konsaltinq xidmətləri həyata keçirir. Eyni zamanda təhsil sahəsindəki fəaliyyətimiz
və təklif etdiyimiz layihələr böyük maraqla
qarşılanır. Bakıda və Kiyevdə
"Washington School of Languages” dil məktəblərimiz fəaliyyət
göstərir.
Onu da qeyd edim ki,
sahibkarlıq fəaliyyətimdə sosial məsuliyyət
prinsipini də vacib sayıram. "Ivy Group” şirkəti
tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının yük terminalında korporativ sosial məsuliyyət
proqramı çərçivəsində yaradılan
"Fitzona” idman meydançası sağlam həyat tərzinə
yönəlmiş layihədir. Bütün
dünyada uğur qazanmış və açıq hava şəraitində
məşqləri nəzərdə tutan bu layihə Cənubi
Qafqazda ilk dəfə Azərbaycanda
reallaşdırılıb. Qeyri-kommersiya və
sosial xarakter daşıyan layihənin əsas məqsədi gənclərin
sağlam həyat tərzi, ictimai fəallıq, dövlətçilik
və vətənpərvərlik ruhunda tərbiyəsidir.
Onu da qeyd edim ki, 2018-ci ilin
sentyabr ayından Azərbaycan teleməkanında ilk dəfə
olaraq sahibkarlıq məsələlərinə həsr edilən
yeni layihəm başlayıb. Bu, mənim aparıcılığımla
efirə çıxan "Biznes Azərbaycan” müəllif
proqramıdır. Bu proqram islahatlara dəstək
missiyamızın bir hissəsidir.Hesab edirəm ki, bu proqramla
biz ölkəmizdə biznes və iqtisadiyyat sahəsində həyata
keçirilən maarifləndirmə və məlumatlandırma
işinə müəyyən töhfələr verə
bilirik.
Göründüyü kimi,
gənclik illəriniməhsuldar və səmərəli
keçirən Tamerlan Vahabovun həyat yolu müvəffəqiyyətlərlə
zəngindir.
Polis orqanları, diplomatiya, beynəlxalq fəaliyyət,
sahibkarlıq, telejurnalistika ayrı-ayrı fəaliyyət sahələri
olsa da, Tamerlan Vahabovun həyatında onların
hamısını birləşdirən bir cəhət var:dövlətə xidmət məramı! Bu mənada
Tamerlan Vahabovun uğurlu həyat hekayəti gənclər
üçün əsl örnəkdir...
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.-1 fevral.- S.7.