Qeyri-neft sektoru ölkə iqtisadiyyatında mövqeyini möhkəmləndirir

 

Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən məlum iclasının ardınca Dövlət Statistika Komitəsi (DSK) 2018-ci ilin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəriciləri açıqlayıb. Ölkənin bütün sahələrini əhatə edən hesabatdan görünür ki, ötən il həqiqətən Azərbaycan üçün dinamik inkişafın davam etdiyiköklü islahatların həyata keçirildiyi dövr olub.

Bu dövr ərzində ölkə üzrə 79 milyard 797,3 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu isə ötən ildəkindən 1,4 faiz çoxdur. İl ərzində ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 1,8, neft sektorunda 0,6 faiz artmışdır. Hesabatda həmçinin bildirilir ki, 2018-ci ildə istehsal olunmuş əlavə dəyərin 44,2 faizi sənaye, 9,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8 faizi tikinti, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 15 faizi digər sahələrin payına düşmüşdür. Bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 8126,2 manat olmuşdur.

Ötən il ölkədə 47,7 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2017-ci ilə nisbətən 1,5 faiz çoxdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artmışdır. Məhsulların 73 faizi mədənçıxarma, 22,2 faizi emal, 4,1 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 2017-ci ilin səviyyəsində qalmış, əmtəəlik qaz hasilatında 5,8 faiz artım qeydə alınmışdır.

Emal sektorunda isə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31, tütün məmulatlarının istehsalı 2,7, elektrik avadanlıqlarının istehsalı 2,5, mebel istehsalı 2,1 dəfə, poliqrafiya məhsulları istehsalı 81,2, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 23,3, toxuculuq sənayesi məhsulları istehsalı 42,4, tikinti materialları istehsalı 26,3, metallurgiya sənayesi məhsulları istehsalı 11,4, içkilərin istehsalı 12,2, kağız və karton istehsalı 0,5, ağacın emalı və ağacdan məmulatların istehsalı 9,5, rezinplastik kütlə məmulatları istehsalı 14, kimya sənayesi məhsulları istehsalı 1,4 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında müşahidə olunmuşdur - müvafiq olaraq 7 və 3,7 faiz.

Hesabata əsasən, keçən il əsas kapitala 17 milyard 238,2 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 4,4 faiz azdır. Bu azalma neft sektoruna yatırılan investisiyaların aşağı düşməsi ilə bağlıdır. Əvəzində isə qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcmi 22, o cümlədən qeyri-neft sənayesinə yatırılan kapitalın həcmi 23 faiz artmışdır. Yeri gəlmişkən qeyd edək ki, il ərzində ölkə üzrə neft sektoruna 5 milyard 948,9 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft sektoruna sərf edilən vəsaitin məbləği isə 11 milyard 289,3 milyon manat olmuşdur ki, bunun da 2 milyard 704,9 milyon manatı (ümumi sərmayənin 15,7 faizi) qeyri-neft sənayesi sektorunun payına düşmüşdür.

Bu dövrdə istifadə olunmuş ümumi vəsaitin 67,6 faizi məhsul istehsalı və 24,8 faizi xidmət obyektlərinin, 7,6 faizi ümumi sahəsi 2 milyon 84,7 min kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 69,7 faizi daxili sərmayələr olan bu vəsaitlərin 68 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

Xarici sərmayəyə gəldikdə, hesabat dövründə onların həcmi 5 milyard 221,5 milyon manata çatmışdır. Bu vəsaitin 82,6 faizi Böyük Britaniya, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, İran, RusiyaNorveç kimi ölkələrə məxsusdur.

Bütün bu vəsaitlər hesabına il ərzində ölkə ərazisində çoxsaylı və müxtəlif təyinatlı müəssisə və obyektlər tikilib istifadəyə verilmişdir. Onların sırasında paytaxtda "Yasamal-1”, "Qobu” və 120 saylı elektrik yarımstansiyaları, Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Statistika İdarəsinin inzibati binası, "Bona Dea” beynəlxalq hospitalı, Bakı Beynəlxalq Ticarət Limanı Kompleksi, "Dinamohoteli, "AbşeronLogistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıtdakı Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə, Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu, Xaçmazda "Azərxalça” ASC-nin filialı, Ağdamda Qarabağ Atçılıq Kompleksi, "Azərxalça” ASC-nin filialı, Naxçıvan MR-də 922 şagirdlik 3 ümumtəhsil məktəb binası və ambulator-poliklinika, təmizləyici qurğular kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Naftalanda şəhər mərkəzi xəstəxanası, Goranboyda "Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, "Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, İsmayıllıda heyvandarlıq kompleksi, aqropark, elektrik yarımstansiyası, "Azərxalça” ASC-nin filialı, eləcə də Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Şamaxıda üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, həmçinin Bakı, Şəki, Abşeron, Balakən, Şamaxı, Tovuz və digər rayonlarda məktəb binaları, eləcə də məktəbəqədər təhsil müəssisəsi və digər obyektlər var.

Ölkənin ümumi inkişafı nəqliyyat, informasiya və rabitə sektorlarının fəaliyyətində də hiss olunmuşdur. Belə ki, ötən il ölkə üzrə 229,9 milyon ton yük və 2 milyard 2,8 milyon nəfərdən çox sərnişin daşınmışdır ki, bu da ötən ilin eyni dövründəkindən hər iki sahə üzrə 1,5 faiz çoxdur. İnformasiya və rabitə müəssisələri isə bu dövrdə 1 milyard 881,2 milyon manatlıq müxtəlif xidmətlər göstərmişdir ki, onların da 72,6 faizindən əhali istifadə etmişdir. Keçən ilin müvafiq aylarına nisbətən dəyər ifadəsində 9,3 faiz artan həmin xidmətlərdən əldə olunan gəlirin 82 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

 

Azərbaycan.- 2019.-1 fevral.- S.8.